Siyasət

Kitab məhsulları vergi və gömrük rüsumundan azad edilə bilər

1 Sentyabr, 2021
204

Rəsmi səhifə

"Milli Məclisin payız sessiyasında kitab məhsullarının vergi və gömrük rüsumlarından azad edilməsi məsələsi müzakirə ediləcək".

Bunu APA-ya açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, ümumiyyətlə, komitə tərəfindən payız sessiyasında “2022-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinin, “Lombardlar haqqında” qanun layihəsinin, “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik edilməsinin, “Vergi Məcəlləsi”nə dəyişikliyin (kitab məhsullarının vergilərdən və gömrük rüsumlarından azad edilməsi) və s. məsələlərin müzakirə olunub, qəbul edilməsi planlaşdırılır.

Siyasət

Müxalifət  "Pandora sənədləri" ilə bağlı Baş Prokurorluğa müraciət etdi

18 Oktyabr 2021

Turan

Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli  "Pandora sənədləri" beynəlxalq jurnalist araşdırması ilə bağlı ölkənin baş prokuroru Kamran Əliyevə müraciət ediblər. "Turan"ın məlumatına əsasən, müxalifət təmsilçiləri Baş Prokurorluqdan hərtərəfli və obyektiv araşdırma tələb edir. "Pandora sənədləri"nə əsasən, Azərbaycan Prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb. Cəmil Həsənli və Əli Kərimli xatırladırlar ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları "pulların yuyulması", vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda adları keçib. 2017 - ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə...
Siyasət

Azərbaycanlılar daha bir ölkəyə vizasız səfər edə biləcək

18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Oktyabrın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin əbdülrəhman əl-Tani ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib. Sənədi Azərbaycan və Qətərin Xarici İşlər nazirliklərinin rəhbərləri imzalayıblar. 
Seçilmiş Videolar