Daily Sabah
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Maqdalena Anderssonun Krallığın müdafiə naziri Peter Hultqvisti istefaya göndərməli olduğunu deyib.
Bu barədə İsveçin "Expressen" nəşri məlumat yayıb.
"Ərdoğanın tələbi ondan irəli gəlir ki, Hultqvist təxminən 10 il əvvəl Kürdüstan Fəhlə Partiyasını (PKK) və onun həbsdə olan lideri Abdullah Öcalanı tərifləyib", - yazıda qeyd olunub.
“Türkiyə Hultqvistin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmasını istəyir” deyən mənbə “Expressen”ə bildirib ki, bu məsələ İsveçin NATO-ya daxil olması ilə bağlı iki ölkə nümayəndələri arasında aparılan danışıqlar zamanı qaldırılıb.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Amma Ankara iki ölkənin təşkilata daxil olmasına veto qoyub.
Ərdoğan bildirir ki, Ankaranın terrora, ilk növbədə Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstəyini dayandırmaq tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiya NATO-ya üzv olmayacaq.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb