Açıq mənbələrdən götürülüb
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada görüşə və Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilər.
Bu barədə oktyabrın 24-də “Vedomosti” nəşri diplomatik mənbələrinə istinadən məlumat yaylb.
Nəşr bildirir ki, diplomatik mənbənin sözlərinə görə, görüş barədə hazırlıqlara Putinin oktyabrın 14-də MDB-nin Astanada keçirilən sammitində Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinə dair çıxışından sonra start verilib.
https://toplum.tv/siyaset/ilham-eliyev-gurcustana-resmi-sefere-gedib
“Vedomosti”-nin başqa bir mənbəsi qeyd edib ki, danışıqlar oktyabrın son günlərində baş tuta bilər, onun keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur. “Çox güman ki, seçim Soçinin üzərinə düşəcək”, - məlumatda bildirilib.
Bundan əvvəl oktyabrın 6-7-də Praqada Avropa Siyasi Birliyinin sammitində Paşinyanla Əliyev arasında iki görüş - biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, digəri isə Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutub. Makronun Avropa Şurasının sədri Şarl Mişelin də qatıldığı sammit bəyanatın qəbulu ilə yekunlaşıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür