Siyasət

Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"

Aytac Məmmədli
9 Aprel, 2021
131

Sosial media

"Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Toplum TV"-yə deyib.

Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb.

Ermənistan mətbuatı isə ötən gün yazıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyilə qaytarılır. Hətta erməni yaxınları da hava limanında gözləyiblər. Təyyarə Yerevanın “Erebuni” aeroportunda eniş edib və məlum olub ki, içərisində yalnız Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Muradov olub.

Bir gün sonra Rüstəm Muradov açıqlama yayıb ki, hərbi əsirlərin qaytarılması ilə bağı xəbərlər təxribat xarakteri daşıyır.

Azərbaycanda saxlanılan ermənilər hərbi əsirlərdir, yoxsa cinayətkarlar?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyir ki, Azərbaycanda hərbi əsir yoxdur.
Onun sözlərinə görə, ermənilərin əsir adlandırdığı şəxslər 10 noyabr bəyanatından sonra Azərbaycan torpaqlarına girən cinayətkarlardır: "Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb. Cinayətkarlar hərbi əsir kimi qiymətləndirilə bilməz, çünki döyüş zamanı ələ keçirilməyiblər. Onlar qeyri-qanuni olaraq başqa dövlətin ərazisinə girib cinayət törədiblər".

C. Vəliyev bildirib ki, onlar Azərbaycan qanunlarına əsasən cəzalandırılacaqlar: "Biz bu gün o cinayətkarları cəzalandırmasaq, sabah onlar yenə də cəsarətlənəcək, təkrar cinayət törədəcəklər".

Konfliktoloq Əvəz Həsənov da saxlanılan ermənilərin hərb əsir olmadığı qənaətindədir: "10 noyabr razılaşmasına qədər həmin şəxslər Azərbaycan tərəfinin nəzarətinə düşəcəkdisə, hərbi əsir olacaqdılar. Azərbaycan da Cenevrə Konvensiyasına uyğun olaraq onları hərbi əsir kimi geri qaytaracaqdı. Amma həmin insanlar razılaşmadan bir neçə gün sonra Azərbaycanın müqaviləyə uyğun olaraq nəzarətinə götürdüyü əraziyə daxil olublar. Ona görə də onlar hərbi əsir koteqoriyasına uyğun deyillər".

Azərbaycan saxlanılan ermənilərin müqabilində Ermənistandan nəsə tələb edə bilərmi?

Cavid Vəliyevin fikrincə, Ermənistan heç 10 noyabrda imzalanan bəyannamənin şərtlərini tam olaraq yerinə yetirməyib: "Çünki qoşunlarını Azərbaycan torpaqlarından tam çıxarmayıb, minalanmış ərazilərin xəritəsini verməyib".

Cavid Vəliyev-Sosial media

Əvəz Həsənov isə hesab edir ki, hansısa əsgərin vasitəsilə Azərbaycanın Ermənistana siyasi tələb irəli sürməsi real deyil: "Azərbaycan hökuməti həmin şəxsləri qanunvericiliyə uyğun olaraq cəzalandırmalıdır. Diversantları dəyişmək Azərbaycanın onları cinayətkar hesab etməsi arqumentini aşağı salır".

Bu məsələdə Rusiyanın da mövqeyinə toxunan konfliktoloq deyir ki, bu ölkə diversantlarla bağlı Azərbaycana təzyiq göstərmir və ciddi addım atmağa tələsdirmir.

Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar