Siyasət

Korrupsiya ilə mübarizə haqda Milli Fəaliyyət Planı – Dəyişən nədir?

11 Aprel, 2022
1251

açıq mənbədən götürülüb

Prezident İlham Əliyev aprelin 4-də korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair “2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

Bu, dövlət başçısının korrupsiya ilə mübarizə məqsədilə imzaladığı ilk sənəd deyil. Məsələn, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər), korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı (2012-2015-ci illər) buna örnəkdir.

2011-ci ildəsə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb.

Ölkədə vaxtaşırı korrupsiya ilə mübarizə çərçivəsində dövlət qurumları və icra strukturlarında həbslər həyata keçirilib. Amma bununla belə beynəlxalq qurumların hesabatlarında Azərbaycan korrupsiyanın vəziyyətinə görə tənqid edilir, müxtəlif reytinqlərdə axırıncı yerlərdə qərar tutur.

“Toplum TV” aşağıdakı suallara cavab axtarıb.

Əvvəlki Fəaliyyət planlarından sonra nə dəyişib? Yeni Fəaliyyət proqramı nələri vəd edir?

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, son qəbul olunan proqramdakı anti-korrupsiya tədbirlərinin böyük bir hissəsi əvvəlki proqramlarda da əksini tapıb, yüksək vəzifəli məmurların gəlir bəyannəməsini təqdim etməsinin vacibliyi vurğulanıb, amma nəticə dəyişməyib.

Köklü dəyişikliklər üçün hansı addımlar atılmalıdır?

İqtisadçı hesab edir ki, sadəcə proqram qəbul etməklə korrupsiyaya qarşı mübarizə aparmaq imkansızdır, çünki korrupsiya daha çox hüquqi-siyasi məsələdir. Onun sözlərinə görə, ilk növbədə, siyasi islahatlar aparılmalıdır. R.Ağayev deyir ki, ölkədə real hakimiyyət bölgüsü, müstəqil parlament, müstəqil məhkəmə sistemi olmasa, icra hakimiyyətini korrupsiyadan çəkindirmək mümkün deyil.

Rövşən Ağayev - Toplum TV

“Müstəqil parlamentin korrupsiya məsələsində əsas vəzifəsi effektiv qanunlar qəbul etməkdir. Yəni qəbul olunan qanunlar icra hakimiyyətinin maraqlarına xidmət etməməlidir. Belə olan halda, icra hakimiyyəti müstəqil parlamentdə lobbiçilik apararaq və ya avtoritar rejimlərdə zorakılıqla öz istədiyi qanunu qəbul etdirə bilmir. Müstəqil parlamentin ikinci əsas funksiyası hökuməti daimi nəzarətdə saxlamaq, iqtisadi sahədə atdığı addımları, qəbul etdiyi qərarları təftiş edib yanlış addımlardan çəkindirmək üçün əlində olan imkanlardan istifadə etməkdir. Parlamentin hökumətə etimad göstərməmə mexanizmi işləyəndə, hökumət ciddi səhvlərə yol verdiyi müddətcə parlamentdən etimad ala bilməyəcəyini dərk edir”.

Ekspert əlavə edir ki, korrupsiya ilə mübarizədə vacib şərtlərdən biri də məhkəmələrin müstəqil olmasıdır.

“Müstəqil məhkəmə istənilən qanunsuz varlanmaya, inhisarçılığa, qanunsuz sahibkarlığa qarşı tədbirlər həyata keçirmək üçün lazımdır”.

Ekspert qeyd edir ki, yeni proqramda bələdiyyələrin gəlir və xərcləri ilə bağlı müstəqil portalın yaradılması nəzərdə tutulur.

“Demokratik bələdiyyə seçkisi keçirilmədikcə, seçilən şəxslər öz icmaları qarşısında hesabatlı olmadıqca bələdiyyə səviyyəsində şəffaflığı təmin etmək mümkün deyil”, - Rövşən Ağayev deyir.

Deputat: “Müəyyən problemlər olsa da, zamanla həll olunmaqdadır”

Milli Məclisin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə hökumətin korrupsiya ilə uğurlu mübarizə apardığı qənaətindədir.

O hesab edir ki, korrupsiya ilə mübarizə ilk növbədə idarəetmə sisteminin təkmilləşdirilməsində, insanlara xidmətin şəffaflaşdırımasında, açıq pəncərə sisteminin tətbiqində, “ASAN xidmət”, “DOST xidmət” Mərkəzlərinin yaradılmasında özünü göstərir. Onun sözlərinə görə, bu sahədə müəyyən problemlər olsa da, zamanla həll olunmaqdadır.

Aydın Mirzəzadə - açıq mənbədən götürülüb 

Deputat bildirir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vaxtaşırı korrupsiyaya bulaşmış məmurları, iş adamlarını cinayət məsuliyyətinə cəlb etməsi mübarizənin əsas hissəsidir.

“Prezidentin son sərəncamı isə bu sahədə işin daha da təkmilləşdirilməsi ilə bağlı məsələdir. Ayrı-ayrı sahələrdə nəzarətin gücləndirilməsi, yeniliyin edilməsi şəffaflığın təmin olunmasında mühüm rol oynayır”.

İctimai nəzarət varmı?

Korrupsiya ilə mübarizədə ictimai nəzarətin rolu xüsusi vurğulanır. Bu məqsədlə “Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illər üzrə Milli Fəliyyət Planı”nda vətəndaş cəmiyyəti platformasının, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin yaradılması nəzərdə tutulmuşdu.

Bundan sonra hökumətin təşəbbüsü ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Platforması yaradılıb. Quruma üzvlüyün açıq olduğu və onun fəaliyyətinin demokratik prinsiplərə əsaslandığı bəyan edilsə də, müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri ora cəlb edilməyib.

Rövşən Ağayev ictimai iştirakçılıq barədə danışarkən deyir ki, müstəqil media və ictimai nəzarət mütləq müstəqil olmalı, hüquq-mühafizə orqanları mətbuatın və ya müstəqil vətəndaş cəmiyyəti ekspertlərinin səsləndirdikləri istənilən korrupsiya ittihamına ciddi yanaşaraq araşdırmalıdırlar.

Azərbaycan söz azadlığına görə də tənqid edilən ölkələr sırasındadır, sonuncu dəfə ötən il media haqqında qanuna edilən dəyişiklikdən sonra bu sahədə durumun daha da ağırlaşdığı bildirilir. Eləcə də beynəlxalq qurumlar 2014-cü ildən ölkədə qht-lərin durumunun məhdudlaşdırıldığını, qənaətbəxş olmadığını deyirlər.

Rövşən Ağayevin fikrincə, medianın, vətəndaş cəmiyyətinin müstəqil işləmək, araşdırmaq imkanları olmadan ən keyfiyyətli anti-korrupsiya proqramı belə kağız üzərində qalacaq.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo