Siyasət

Kosobokov, ya Anaşkin? - “Fərqi yoxdur, Rusiyanın siyasəti dəyişməyəcək” 

27 Sentyabr, 2021
1871

Rəsmi səhifə

“Kosobokov Azərbaycan tərəfini qane etməyib deyə Rusiya kadr dəyişikliyinə gedib”

Bunu hərbi ekspert Azad İsazadə Rusiyanın Qarabağdakı sülhməramlı komandanının dəyişməsi məsələsini “Toplum TV”-yə şərh edərkən deyib. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 25-də general-leytenant Gennadi Anaşkin Qarabağdakı rus sülhməramlılarının yeni komandanı təyin edilib. Halbuki sentyabrın 9-da bu postu general-mayor Mixail Kosobokov tutmuşdu. 

"Sputnik Ermənistan"-ın yazdığına görə, Ermənistanın müdafiə naziri Arşak Karapetyan Anaşkini yeni vəzifəyə gəlməsi münasibətilə təbrik edib. Nazir eyni zamanda onun sələfi general - mayor Mixail Kosobokova da rəhbərliyi dövründə göstərdiyi layiqli xidmətə görə təşəkkür edib. 

Rusiya qəhrəmanı Gennadi Anaşkin 

Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Samarada anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb. Ryazan Ali Hava Desant komanda məktəbini bitirib. 1999-2000-ci illərdə keçmiş Yuqoslaviyada, Bosniya və Hersoqovina Respublikasında Rusiyanın desant tağımına komandanlıq edib.

Gennadi Anışkin - RBK

G. Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsindəki döyüşlərdə iştirak edib. 2008-ci ildə onun başçılıq etdiyi Hava Desant Qoşunu Rusiyada ən yaxşı polk elan edilib. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsində 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin edilib.

Sələfindən daha yüksək hərbi rütbəsi olan general-leytenant həm də Rusiya qəhrəmanıdır. Ona, 2008-ci ildə "Hərbi vəzifəni yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə"  Qızıl Ulduz medalı və Rusiya Federasiyasının Qəhrəmanı adı verilib.

Rusiyalı poitoloqlar dəyişikliyi karyera nöqteyi-nəzərindən dəyərləndirir 

Siyasi şərhçi Oleq Kuznetsovun dediyinə görə, Kosobokovun Qarabağa komandan təyin olunması onun karyerasında yüksəliş yox, enişdir. 

"Ümumiyyətlə, Rusiyadakı briqadalara generallar deyil, polkovniklər rəhbərlik edir. General Kosobokovun bir ordu və ya bir bölgə qərargahında kadr vəzifəsinə təyin edilməsi onun vəzifəsinin aşağı salınmasıdır. Rusiya Müdafiə Nazirliyinin Kosobokovu niyə Qarabağa komandan təyin etdiyini bilmirəm. Lakin istisna etmirəm ki, bu, general üçün cəza tədbiri idi", - politoloq belə deyir. 

Sülhəddin Əkbər: “Kim gəlir, gəlsin, Rusiyanın siyasəti dəyişməyəcək”

Azərbaycanlı şərhçilər isə hesab edirlər ki, sülhməramlı komandanının kim olması Rusiyanın siyasətini dəyişmir. 

Sülhəddin Əkbər - BBC

1992-93-cü illərdə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini olmuş Sülhəddin Əkbərin fikrincə, Rusiyanın Azərbaycana yönəlik siyasətində sülhməramlı kontingent təsir vasitələrindən biridir, onun başçısının kim olması isə texniki məsələdir: “Sülhməramlıların komandanını Azərbaycan türklərinin arasından da seçsələr,  Rusiyanın siyasəti eyni qalacaq. Akademik Ziya Bünyadovun oğlu Valeri Bünyadov Bakının hərbi komendantı idi. O, Rusiyanın Azərbaycana yönəlik siyasətində dəyişiklik edə bildimi? Yox. Deməli icraçının kim olmasının əhəmiyyəti yoxdur”. 

Azad İsazadə: “Anaşkinin neytral mövqedə olması şübhə altındadır”

Hərbi ekspert Azad İsazadənin dediyinə görə, Kosobokov Azərbaycan tərəfini qane etməyib deyə Rusiya kadr dəyişikliyinə gedib: “Kosobokov Krım, Donetsk, Ukrayna, Gürcüstanda kəskin davranışlarıyla yadda qalıb. Həmçinin sülhməramlıların xidməti ərazisinin Azərbaycanda olmasına baxmayaraq, komandir ilk görüşünü Ermənistanla keçirdi. Sonradan Bakıya gəlməyinə baxmayaraq, Prezident onunla görüşmədi, müdafiə naziriylə görüşü qapalı oldu. Bunların hamısı narazılıqlara əsas yaratdı. Düşünmürəm ki, yeni komandanın mövqeyi də neytral olacaq”. 

Azad İsazadə - Sputnik

Ekspert həmçinin xatırladır ki, sülhməramlıların mandatını tənzimləyən praktiki hüquqi sənəd yoxdur: “Hazırki statusa görə, komandanlığı təyin edən Rusiyadır. Amma tərəflər yeni komandiri qəbul etmirlərsə, Rusiya onu dəyişmək məcburiyyətindədir”. 

Azər Qasımlı: “Azərbaycan bu təyinata etirazını bildirməli idi”

Siyasi təhlilçi Azər Qasımlının sözlərinə görə, Azərbaycan vaxtilə Abxaziyada komandan olan Kosobokovun təyinatına etirazını bildirməli idi: “Çünki Rusiya Kosobokovu Qarabağa göndərməklə Azərbaycana mesaj vermişdi. Axı Abxaziya da vaxtilə Gürcüstandan qoparılıb. Azərbaycan da açıq şəkildə deyil, diplomatik kanallarla etirazını bildirdi və məsələ həll olundu”.

Azər Qasımlı - Sosial Media

Siyasi təhlilçi hesab edir ki, komandanların kim olması əhəmiyyət daşımır, onlar onsuz da Rusiya tabeliyində olacaqlar: “Rusiya rəhbərliyinin tapşırığı nə olacaqsa, sülhməramlılar onu yerinə yetirəcəklər. Fərqi yoxdur, bu, Kosobokov oldu, ya Anaşkin. Onlar nə Azərbayacana baxacaqlar, nə də Ermənistana”. 

Xatırlatma

Azərbaycanla Ermənistan arasında ötən il sentyabrın 27-də başlanan müharibə 10 Noyabr bəyanatının imzalanması ilə başa çatıb. Üçtərəfli bəyanata görə, münaqişə bölgəsinə Rusiya sülhməramlıları yerləşdirilib.

Sülhməramlı missiya ilə Qarabağa gələn hərbçilər bölgənin bir neçə rayonunda, Ermənistan və Azərbaycanın dövlət sərhədində, Sünik bölgəsində yerləşdirilib. Hazırda Qarabağda 1960 rus əsgər və zabit, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika xidmət edir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo