Rəsmi səhifə
Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
"RIA Novosti"-nin noyabrın 23-də verdiyi məlumata görə, bu barədə Kremldən bildirilib.
Görüş əsnasında tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan üçtərəfli sazişlərin həyata keçirilməsini müzakirə edəcək, regionda əmin-amanlığın möhkəmlənməsi və dinc həyatın qaydasına düşməsi üçün atılacaq addımları müəyyən edəcəklər. Xüsusi diqqət isə ticari-iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı və bərpası məsələsinə yönəldiləcək.
Qeyd olunub ki, Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla da ayrı-ayrılıqda görüşlər keçirəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər