Rəsmi səhifə
Moskva Dağlıq Qarabağ üzrə üçtərəfli sazişlərin həyata keçirilməsinə çağırır.
TASS xəbər verir ki, bu barədə avqustun 4-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov həmçinin qeyd edib ki, Kreml regionda vəziyyətin gərginləşməsindən narahatdır və vəziyyətin inkişafını diqqətlə izləyir.
“Tərəfləri təmkinli olmağa, ən əsası isə məlum üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq. Hazırda Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Prezidentin gündəliyində digər liderlərlə görüş planlaşdırılmayıb. Amma lazım gələrsə, bu cür əlaqə operativ şəkildə həyata keçirilə bilər. Rəcəb Tayyib Ərdoğanla görüşdə (Avqustun 5-də Soçi şəhərində Vladimir Putinin türkiyəli həmkarı ilə görüşü olacaq - red.) məsələnin müzakirə olunacağını da istisna edə bilmərik”, - deyə Peskov bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi də bölgədə baş verənlərə dair məlumat yaymışdı. Nazirlikdən bildirilmişdi ki, Azərbaycan Silahlı Qüvvələri Sarıbaba yüksəkliyi ərazisində atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də Qarabağda “Qisas" əməliyyatının keçirildiyini açıqlayıb.
Əməliyyat terror-təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu - əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasının qisası kimi xarakterizə edilib.
Əməliyyat zamanı dronlardan da istifadə edilib.
Erməni tərəfi 3 hərbçisinin həlak olduğunu, çox sayda hərbçisinin yaralandığını bildirib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir