Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək üçün baş katib Stanislav Zasın rəhbərliyi ilə Ermənistana missiya göndərəcək.
TASS xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
“KTMT-nin məsuliyyət zonasında vəziyyətin daimi monitorinqi üçün katibliyin əməkdaşları və birgə qərargahın hərbi qulluqçuları arasından işçi qrupunun yaradılması barədə təklif razılaşdırılıb”, - deyə Zaynetdinov KTMT Kollektiv Təhlükəsizlik Şurasının dünən baş tutan növbədənkənar iclasından sonra bildirib.
https://toplum.tv/multimedia/sehidler-defn-olunur
Zaynetdinov baş katibi KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorovun və təşkilata üzv dövlətlərin nümayəndələrinin müşayiət edəcəyini qeyd edib.
Həmçinin, Zaynetdinovun sözlərinə görə, missiya regiondakı vəziyyətlə bağlı hesabat hazırlayacaq və yaranmış gərginliyin azaldılması variantlarını təklif edəcək. Hesabat KTMT-nin Təhlükəsizlik Şurasının payızda Yerevanda keçirilməsi planlaşdırılan növbəti sessiyasında dövlət başçılarına təqdim olunacaq.
Sentyabrın 12-si gecə saatlarında Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Ermənistan Müdafiə Nazirliyi ölkənin sərhədyanı ərazilərinin atəşə tutulması barədə məlumat yayıb. Bakı da öz növbəsində bəyan edib ki, onlar yalnız Yerevanın regionda vəziyyəti qəsdən gərginləşdirən təxribatlarına cavab verirlər. Toqquşmalar nəticəsində hər iki tərəfdən onlarla hərbçi həlak olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı
Açıq mənbələrdən götürülüb
Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib
Açıq mənbələrdən götürülüb