KTMT sammitində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq
Açıq mənbələrdən götürülüb
KTMT qoşunları
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanda keçirilən sammitində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.
Toplum Tv xəbər verir ki, bunu təşkilatın baş katibinin müavini Valeri Semerikov "Sputnik Ermənistan"-a müsahibəsində deyib.
"Bu gün bu, nazirlər və dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin nəticələri gözləyək", - deyə o bildirib.
https://toplum.tv/siyaset/putin-bir-hefte-erzinde-eliyeve-iki-defe-zeng-edib
Rəsminin sözlərinə görə, məsələylə bağlı inkişaf var və nazirlər səviyyəsində bəyanat veriləcək.
Jurnalistin "sentyabr ayındada Azərbaycanın Ermənistana təcavüzünə KTMT-nin reaksiyasını" necə qiymətləndirdiyi barədə sualına cavab olaraq Semerikov deyib ki, bu, təşkilatın böhrana reaksiya haqqında müddəasına uyğundur.
KTMT-nin baş katibi Stanislav Zas isə sammitdəki çıxışı zamanı bildirib ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır.
"Böhran Vəziyyətlərinə Cavab Mərkəzi vasitəsilə aldığımız məlumatlar Ermənistan-Azərbaycan sərhədində demək olar ki, hər gün atışmaların baş verdiyini təsdiqləyir. Dövlət Sərhəd Xidmətlərinin üç növbədənkənar sessiyası - bu ilin may, sentyabr və oktyabr aylarında Ermənistana qarşı yaranan təhlükələrlə bağlı müzakirələrə həsr olunub. Ümumilikdə, KTMT-nin monitorinq missiyasının rəy və təklifləri əsasında hazırlanmış Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında KTMT-nin qərar layihəsi razılaşdırılıb”, - deyə Zas bildirib.
Noyabrın 23-də Yerevanda KTMT-nin sammiti işə başlayıb. Ermənistan 2022-ci ilin yanvarından etibarən təşkilata sədrlik edir. Növbəti estafet Belarusa keçəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV