Siyasət

Laçında həlak olan əsgərlərə şəhid statusu verildi

15 Avqust, 2022
164

Açıq mənbələrdən götürülüb

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Samir Xudiyev və Tahir Əliyevə şəhid statusu verilib.

Bu barədə Ağstafa və Sabunçu rayon icra hakimiyyətlərindən məlumat verilib. Qanunvericiliyə əsasən, hər iki əsgər şəhid statusu alıb.

https://toplum.tv/qaynar-xett/muharibe-istirakcisi-medal-alib-ancaq-veteranliq-ala-bilmir

Hər iki hərbi qulluqçunun avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası altında qaldıqları və aldıqları xəsarətlər nəticəsində həlak olduqları bildirilmişdi. 

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Siyasət

ABŞ Azərbaycanı ATƏT-lə əməkdaşlığa çağırır

7 Oktyabr 2022
"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və bu işdə tərəflərə yardımın göstərilməsində yaxından iştirak edir". Bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter dünən ATƏT-in Vyanadakı Daimi Şurasına ünvanladığı müraciətində bildirib. Bu barədə "Azadlıq radiosu"nun Ermənistan şöbəsi məlumat yayıb.  Səfir ABŞ-ın səylərini, xüsusilə də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təşkil olunan görüşün əhəmiyyətini vurğulayıb. https://toplum.tv/siyaset/ermenistan-azerbaycanin-erazi-butovluyunu-tanidi Karpenterin müraciətində ​​ABŞ, Ermənistan və Azərbaycanın xarici işlər orqanlarının rəhbərləri - Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramovun üçtərəfli görüşünün vacibliyi qeyd olunub və...
Siyasət

ABŞ Dövlət Departamenti Edilli kütləvi məzarlığı barədə açıqlama verib

7 Oktyabr 2022

Rəsmi səhifə

ABŞ Dövlət Departamenti Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıqla bağlı açıqlama verib. Bu barədə informasiya qurumun rəsmi saytında dərc olunub.  Departamentin sədr müavini Vedant Patel məsələylə əlaqədar bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı hərbi cinayətlərdə təqsirli olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir. “Biz uzun müddətdir davam edən bu münaqişə nəticəsində insan tələfatından sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı çoxlu ailələr öz yaxınlarını itirib”, - deyə o qeyd edib.  https://toplum.tv/sosial/edillide-qazintilar-davam-etdirilecek Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıq oktyabrın 4-də aşkarlanıb. Qazıntılar zamanı məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən...

Seçilmiş Videolar

Toplum TV loqo