RIA Novosti
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 23-24 iyun tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 15-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Lavrovun Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi bildirilib.
Rusiyanın xarici işlər naziri bundan əvvəl Ermənistanda səfərdə olub.
Onun iyunun 9-da Yerevanda keçirdiyi mətbuat konfransında “Fərrux kəndi ətrafındakı vəziyyət rus hərbçiləri üçün prioritet məsələlərdən biridir, delimitasiya işləri çərçivəsində bu məsələyə baxılacaq və həll olunacaq” fikri Azərbaycanda narazılıqla qarşılanmışdı.
https://toplum.tv/siyaset/ria-novosti-azerbaycanda-naraziliga-sebeb-olan-xeberi-silib
Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva Lavrovun sözlərinə reaksiya vermişdi: "Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, - deyə Abdullayeva vurğulamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə