Siyasət

Lavrov Dağlıq Qarabağdakı sülh prosesindən razıdır

6 May, 2021
101

RIA Novosti

"Müharibəni dayandırıb, sülhməramlı prosesə keçmək, iqtisadi blokadanın aradan götürülməsi, regiondakı bütün nəqliyyat kommunikasiyalarının bərpasına yönəlmək üçün noyabrın 9-da əldə olunan sülh prosesi artıq yarım ildir həyata keçirilir".

Ermənistan KİV-inin mayın 6-da verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın XİN rəhbəri Ara Ayvazyanla danışıqlarının yekununa dair birgə mətbuat konfransında deyib.

"Şübhə etmirik ki, insanlar dinc həyatın sərfəli olduğunu hiss etməyə başlayanda, onlar bir sıra həmkarlarımızın ön plana çıxarmaq istədiyi məsələlərə başqa cür yanaşacaqlar. İndi prosesi siyasiləşdirmək lazım deyil. Proses hədsiz mürəkkəbdir. Çünki indi regionun birləşdirilməsi marşrutu, təmas xətti məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi həll olunur. Region azad nəfəs alması və dinc həyat təmin edilməsi üçün bu məsələlərin həll olunması vacibdir. Bu prosesi sonraya saxlamaq və əvvəl siyasi müzakirələrlə məşğul olmaq istəyənlər, fikrimcə, onlar bütün prosesi baş-ayaq qoymaq istəyir. Siyasi prosesləri insanlar normal yaşayandan sonra ətraflı müzakirə etmək olar. Necə ki, azərbaycanlılar, ermənilər bir-birləri ilə on illər, yüz illər boyu normal yaşayıblar”, - deyə XİN başçısı vurğulayıb.

O bildirib ki, Dağlıq Qarabağdakı proseslərin nizamlanmasında müsbət tendensiya müşahidə edilir və vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb: "Rusiya sülhməramlıları təhlükəsizliyin zəmanətçisi kimi çıxış edir. Sülhməramlılar təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Onlar hərbi əsirlərin mübadiləsinə də daim diqqət ayırırlar".

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar