RIA Novosti
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində həmkarı Ararat Mirzoyanla iyunun 9-da birgə mətbuat konfransı keçirib.
Lavrov açıqlamaları zamanı deyib ki, Rusiya sülh müqaviləsinin bağlanması üçün Bakı və Yerevana kömək etməyə hazır olduğunu bir daha təsdiq edir.
O həmçinin bildirib ki, Qarabağla bağlı üçtərəfli bəyanatlar “yol xəritəsi”dir və hamı bunları əldə rəhbər tutmalıdır.
Lavrov iki ölkə arasında delimitasiya danışıqlarına da toxunub: "Moskvada Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası planlaşdırılır, biz kartoqrafik materialların təqdimatı daxil olmaqla, məsləhətçi kimi yardım göstərməyə hazırıq".
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında avtomobil marşrutunun razılaşdırılması məsələsi tamamlanmaq üzrədir: "Dəmir yolu marşrutu isə artıq razılaşdırılıb. Rejim sadə formatda fəaliyyət göstərəcək, amma bu, mütləq Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq".
Diplomat Rusiya Federasiyasının Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışladığını və bunun regionda vəziyyətin yaxşılaşmasına töhfə verə biləcəyini vurğulayıb.
Rusiya XİN başçısının Ermənistana rəsmi səfəri iyunun 8-də başlayıb. İyunun 10-da o, Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Açıq mənbələrdən götürülüb
"president.az"
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?