Açıq mənbələrdən götürülüb
"Moskva Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatı ilə bağlı Yerevandan təklif görməyib".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
“Biz Ermənistan Baş nazirinin Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatının müzakirəsi kontekstində hansısa konkret təklif verdiyini görməmişik, mənsə indi bunu təxmin edə bilmərəm. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmalarla bağlı tərəflərdən hansısa birinin, təbii ki, əlavə təşəbbüslər irəli sürmək hüququ var, amma biz hələ bu təklifləri görməmişik”, - deyə XİN rəhbəri bildirib.
Bir gün əvvəl Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin mandatı mövzusuna toxunan Paşinyan bildirmişdi ki, Qarabağda vəziyyət mürəkkəbdir, sülhməramlıların missiyasını isə dəqiqləşdirmək lazımdır.
Sülhməramlı qüvvələrinin mandatı mövzusuna toxunan Paşinyan bu mandatın tam həyata keçirilməsi üçün Ermənistan Respublikası və Rusiya Federasiyasının arasındakı razılaşmaların kifayət etməli olduğu qənaətindədir.
“Əgər belə deyilsə, o zaman bu mandatın beynəlxalq səviyyədə müəyyən edilməsi üçün tədbirlər görmək və ya sülhməramlılara daha geniş beynəlxalq mandat vermək lazımdır. İndi mən işlərlə bağlı bir çox təfərrüatları açıqlamaq istəmirəm, lakin bu məsələlər 2020-ci ilin noyabrından bizi narahat edir, biz konkret həll yollarına nail olmaq üçün səylər göstəririk və indi bu səylər iki-üç dəfə artırılmalıdır”, - deyə Nikol Paşinyan bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?