RIA Novosti
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya işgüzar səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukrayna ilə sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcək.
Bu barədə iyunun 7-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
“Nazirlər Ukrayna böhranının hazırkı vəziyyəti, Rusiya-Ukrayna sülh danışıqlarının bərpası perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Rusiya tərəfi türk həmkarlarına Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynada apardığı "xüsusi hərbi əməliyyatın" gedişatı və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün atılan addımlar barədə məlumat verəcək”, - XİN-in bəyanatında deyilir.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Lavrovun Türkiyəyə səfərinin Ukraynadan taxıl ixracı ilə bağlı problemi həll etməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ nazirin Türkiyə paytaxtına səfərini diqqətlə izləyəcək, amma taxılın daşınması məsələsini həll etmək üçün bir səfərin kifayət etməyəcəyinə əmindir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb