Siyasət

Lavrov "Zəngəzur dəhlizi" barədə: "Kommunikasiyaların güc yoluyla açılması nəzərdə tutulmur"

6 May, 2021
117

"Sputnik"

Sergey Lavrovun açıqlamasına görə, Ermənistan üzərindən keçən kommunikasiyaların zor və ya güc yoluyla açılması nəzərdə tutulmur. 

"Sputnik Ermənistan"ın mayın 6-da verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Yerevandakı mətbuat konfransında Azərbaycan prezidentinin "Zəngəzur dəhlizi" ilə bağlı bəyanatını şərh edib. 

Apreldə dövlət televiziyasına açıqlama verən İlham Əliyev bildirmişdi ki, Bakı "Zəhgəzur dəhlizinin açılmasını təmin edəcək, Ermənistan istəsə də, istəməsə də". 

Yerevanda bu məsələnin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən rusiyalı nazir deyib ki, erməni həmkarıyla münasiqişədən sonrakı periodda bütün nizamlama problemlərini -  iqtisadi, humanitar və digər çoxsaylı problemləri müzakirə edib. Onun sözlərinə görə, liderlərin imzaladığı üçtərəfli bəyanatın əsasında kommunikasiyaların açılması mexanizmi istisnasız olaraq könüllü mahiyyət daşıyır. 

"İqtisadi əlaqələrin tam açılmasını nəzərdə tutan bu mexanizm heç bir halda diplomatik razılıq və həlldən savayı bir şeyi nəzərdə tutmur", - nazir deyib. 

Onun sözlərinə görə, üç liderin imzaladığı sazişi pozan istənilən məsələ əlbəttə ki, əldə olunan razılığa alternativ sayıla bilməz. 
 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar