Siyasət
Lavrovla Zərif Moskvada Qarabağı müzakirə edəcəklər
15 Yanvar, 2021
181

Məhəmməd Cavad Zərif və  Sergey Lavrov

FOTO: PUBLİKA.AZ

Rusiya və İranın XİN başçıları Sergey Lavrovla Məhəmməd Cavad Zərif arasında yanvarın 26-da Moskvada danışıqlar aparılacaq.

"RİA Novosti"nin yanvarın 15-də verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Məlumata görə, yanvarın 26-da İran İslam Respublikasının xarici işlər naziri Moskvaya işgüzar səfər edəcək və Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparacaq.

"Görüş zamanı bir sıra beynəlxalq məsələlər, eləcə də Dağlıq Qarabağ ətrafındakı vəziyyət, həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Suriyadakı, Əfqanıstandakı və Fars Körfəzindəki fəaliyyət müzakirə olunacaq”,- deyə Zaxarova bildirib.

Siyasət

YAP İdarə Heyətinin yeni üzvləri məlum oldu

5 Mart 2021

Report

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. 40 nəfərdən Yenilənmiş İdarə Heyətində bu şəxslər yer alıb: 1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri 2. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti 3. Tahir Mirkişili 4. Cavid Osmanov 5. Sadiq Qurbanov 6. Hikmət Babaoğlu 7. Elşad Mirbəşiroğlu 8. Azər Badamov 9. Şahin İsmayılov 10. Ramin Məmmədov 11. Kamal Cəfərov 12. Əli Əhmədov 13. Mübariz Qurbanlı 14. Eldar İbrahimov 15. Bahar Muradova 16. Mixail Zabelin 17. Vasif Talıbov 18.İsmayılov Amin 19. İsgəndərov Anar 20. Əliyev Rauf 21. Əzizov Eldar...
Siyasət

Prezident: "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"

5 Mart 2021

Vikipedia

“Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə artıq görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək".  Bunu Prezident İlham Əliyev martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında deyib. O, bildirib ki, Ermənistan əməkdaşlıq etməyə məcbur ediləcək: "Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük...
Seçilmiş Videolar