Siyasət
Londonda erməni təcavüzünə qarşı aksiya
28 İyul, 2020
1334
Böyük Britaniyada yaşayan azərbaycanlılar erməni təcavüzünə qarşı bu gün Londonda etiraz aksiyası keçiriblər.

APA-nın xəbərinə görə, soydaşlarımız əvvəlcə BBC-nin binası önünə toplaşıblar.

Mitinq iştirakçıları Ermənistanın təcavüzünə, Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildirib, Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.   

Mitinqdə "Mənim ölkəm işğal altındadır!”, "Ermənistanın təcavüzünə son!", "Qarabağ Azərbaycandır!”, "Terrora yox!”, "Qarabağa ədalət!”, "Xocalıya ədalət!” və digər şüarlar səsləndirilib.

Aksiya zamanı əraziyə gələn bir qrup erməni provokasiyaya əl atmağa cəhd göstərib. Tərəflər arasında xırda insident baş versə də, London polisinin müdaxiləsi nəticəsində provokasiya baş tutmayıb, insidentin böyüməsinin qarşısı alınıb, mitinq davam edib.  

Mitinqin ardından aksiya iştirakçıları BBC-nin yerləşdiyi Portland küçəsindən Parlament binasına doğru yürüş ediblər. Onlar Trafalqar meydanı, Piccadily küçəsindən və Baş nazir Boris Consonun ofisinin yerləşdiyi "Downing Street”in qarşısından keçərək Azərbaycanla bağlı şüarlar səsləndiriblər. Yürüş boyu "Cənab Leytenant”, "Çırpınırdı Qara Dəniz” mahnıları səsləndirilib. Eyni zamanda yürüş iştirakçılarını üzərində ekran quraşdırılmış avtomobil müşayiət edib. Ekranda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu barədə məlumatlar, Qarabağ həqiqətlərindən bəhs edən çıxışlar nümayiş etdirilib.

Aksiya iştirakçıları daha sonra Parlament binasının qarşısında toplaşaraq Azərbaycan himnini səsləndiriblər.
Siyasət

Tofiq Yaqublu: “Paşinyanın qalib gəlməsi bizə daha ciddi problem yarada bilər” 

Nigar Səmədli
18 İyun 2021

Al Jazeera

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.     Namizədlər arasında Ermənistanın sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi şəxslər  yer alıb.   Elman Nəsirov - Sosial Media   Bəs Azərbaycanda Ermənistanda keçiriləcək seçkilərlə bağlı proqnozlar nədir?     Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi indidən məlumdur: “Tərəflər bir-birini dövlətə xəyanətdə ittiham edir, düşmən və satqın adlandırırlar. Budəfəki seçkinin əsas özəlliyi ondadır ki, Ermənistanı idarə etmiş bütün şəxslər seçkilərə qatılıb və bu da seçki prosesinə əlavə gərginlik gətirir. İlkin proqnozlar göstərir ki, əsas namizədlər...
Siyasət

Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

18 İyun 2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı barədə ehtimallara şərh verməkdən imtina edib.  "RIA Novosti"-nin iyunun 18-də verdiyi məlumata görə, o, bu iddiaları şayiə adlandırıb.  "Biz bu məsələni müzakirə etməmişik və biz şayiələrə şərh vermirik", - deyə Rusiyanın baş diplomatı vurğulayıb.  Bir neçə gün əvvəl Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Hərbi Qüvvələrinin bazasının yaradılması fikrini istisna etməmişdi.  "Bu məsələnin [hərbi bazanın yaradılması] inkişafı mümkündür. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə apardığı məsləhətləşmələrdən sonra təkmilləşə bilər. Həmçinin bizim danışıqlarımız prosesində də...
Seçilmiş Videolar