Sosial Media
Avqustun 4-də Londondakı Azərbaycan səfirliyinə hücum olub.
Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. London mediasının yazdığına görə, hücumu Mehdi Nökərləri Birliyi (MNB) təşkil edib.
Səbəb olaraq, Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib.
"MNB bəyanatında bildirib ki, liderləri onları prezident İlham Əliyevə qarşı təcili tədbir görməyə çağırıb" - Londonun şəhər qəzeti "Metro" yazır.
https://toplum.tv/siyaset/xin-azerbaycanin-londondaki-sefirliyine-hucumla-bagli-melumat-yaydi
Rəhbəri Yasir Əl Həbib olan MNB Londonda yerləşən təşkilatdır və internet səhifəsində elan edir ki, məqsədi sivilizasiya üzərində hökmranlığı təmin etməkdir. Təşkilat həm də İran hökumətini tənqid edir. Təşkilatın hazırladığı "Cənnətin Xanımı" filmi bu ilin əvvəlində Londonda sünni müsəlmanların etirazlarına səbəb olduğu üçün kinoteatrlarda yayımdan çıxarılmışdı.
London polisi deyib ki, məlumatı saat 16:30-da alıblar və dərhal hadisə yerinə gediblər. Səkkiz nəfər saxlanılıb.
Hücum zamanı qaldırılan şüarlardan birində azərbaycanca yazı olub: "Ya Hüseyn şüarı silinməz"
Hadisə Mehdi Nökərləri Birliyi təşkilatının "Fadak TV" youtube kanalında canlı yayımlanıb. Hücum edənlərin ərəbcə danışdığı videoda aydın eşidilir. Onlar "Ləbbeyk Hüseyn", "Ləbbeyk Mehdi" və "Zeynəb" şüarları da səsləndiriblər.
"Mehdi Nökərləri Birliyi" Sadiq Şirazini təqlid edir. Sadiq Şirazi İraqlı ayətullahdır. İranlı böyük ayətullah Məkarim Şirazi isə Mehdi Nökərləri Birliyini sərt tənqid edib Cənnətin xanımı filminə görə.
Yəni mətnlərdə bu məsələni qarışdırmayaq, imkan daxilində aydınlıq gətirək.
Şiə müsəlmanlar təqlid etmək üçün bir ayətullah seçirlər, onun fikirlərini təbliğ edirlər və əmrlərini izləyirlər.
Bu təşkilat 2010-da xeyriyyə təşkilatı olaraq qeydiyyatdan keçib. 2012-ci ildə özünü ləğv edəndən sonra adından istifadə edərək insanlardan pul yığırmış. Üstəlik, 3 maliyyə hesabatını da 25 min funt-sterlinq gəlir, 25 min funt sterlinq xərcləmə olaraq təqdim edib. Sonra rəsmi qurumlar araşdırma başladıb, onun xeyriyyə təşkilatı statusunu ləğv ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
President.az
Rəsmi səhifə
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür