Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr, 2021
104

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.


Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar