Siyasət

"Maşa və Ayı"nın Azərbaycan buraxılışı "Yutub"-dan silindi

3 Sentyabr, 2021
116

Açıq mənbələrdən götürülüb

Rusiya istehsalı olan məşhur "Maşa və Ayı" cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi "Yutub" səhifələrindən silinib.

"Sputnik Azərbaycan" xəbər verir ki, avqustun əvvəlində cizgi filminin Azərbaycanın "Cırtdan" xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

Həmin buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunmuşdu. Bundan başqa, filmdə məşhur "Cücələrim" mahnısı da səsləndirilmişdi. Sözügedən buraxılışda Azərbaycanın qədim sənətkarlığı - pinəçilik də nümayiş olunub.

Cizgi filminin bu buraxılışı "Yutub" kanalında qısa müddətdə xeyli baxış toplamışdı.
 

Siyasət

Yalçın İmanov: “Anar Bağırov ya vəkillərin könlünü alır, ya da manipulyasiya edir”

Məzahir Abdurahmanov
23 Sentyabr 2021

Ona

“Dəyişikliklər edildikdən sonra bununla bağlı özünü sığortalamaq üçün fikir bildirmək manipulyasiya və ya könül almaq üçün atılan addımdır”. Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məhkəmədə vəsatətlərin rədd edilməsi ilə bağlı həm həmkarlarına, həm də hakim korpusuna etdiyi müraciət haqqında “Toplum TV”-yə danışarkən belə deyir.   Anar Bağırov sentyabrın 22-də “Feysbuk” hesabında yazıb ki, qanunvericiliyə görə rədd edilən vəsatətin əsaslandırılması məcburidir.  “Vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət...
Siyasət

ABŞ Konqresi "Azərbaycanın hərbi cinayətləri" ilə bağlı bəyanat qəbul etdi

23 Sentyabr 2021

AA

ABŞ Nümayəndələr Palatası İkinci Qarabağ müharibəsi kontekstində Azərbaycanla bağlı bəyanat qəbul edib.  Konqresin saytının sentyabrın 23-də verdiyi məlumata görə, bəyanatda "erməni əsir və girovlar”ın dərhal azad edilməsi tələb olunur, müdafiə nazirinə isə Azərbaycanın hərbi cinayətləri, o cümlədən qadağan olunmuş silahlardan istifadəsi, eləcə də türk PUA-larında Amerika texnologiyalarından istifadə haqqında hesabat hazırlamaq tapşırılır. Bəyanatda bildirilir ki, Azərbaycan imzaladığı Üçüncü Cenevrə Konvensiyasının ziddinə olaraq "erməni əsirləri" qaytarmaqdan imtina edir. Müharibə zamanı Azərbaycanda əsirlərlə amansız davranıldığı da qeyd olunub.  “Bütün bunlar Azərbaycanın uzunmüddətli sülh danışıqlarına dair sadiqliyinə ciddi şübhələr yaradır”, - sənəddə deyilir. Konqresmenlər hesab edirlər ki, ABŞ Prezidenti Co Bayden beynəlxalq hüququn...
Seçilmiş Videolar