Siyasət

Mədəniyyət Nazirliyinin şöbə rəisi 4 ay müddətinə həbs edildi

3 Noyabr, 2022
895

Rəsmi səhifə

Noyabrın 2-də Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Səbail Rayon Məhkəməsi bu məlumatı "Turan"-a təsdiqləyib. 

Məlumata görə, Səbail Rayon Məhkəməsində istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.ə

https://toplum.tv/multimedia/polis-vetendasa-xesaret-yetiribse-ne-etmeli

Lakin şöbə müdirinin hansı ittihamlarla həbs olunduğu barədə məlumat verilməyib. 

Qeyri-rəsmi məlumatlara görə, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. DTX hələlik bu barədə açıqlama yaymayıb.

DTX 2020-ci ildə də Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Əməliyyat nəticəsində mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov və bu nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov həbs olunmuşdu. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyəti təklif edilib. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i AR Prezident Administrasiyası Xocalı şəhərində baş tutan görüşlə bağlı bildirib. Qurumun açıqlamasına görə, sentyabrın 25-i keçirilən görüş Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov və erməni sakinlərin təmsilçiləri ilə arasında keçirilib. Belə ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən konstruktiv görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub. Müzakirədə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul...
Siyasət

Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində “Rusiyaya qarşı qəbuledilməz hücumlar var və bunu rədd etməkdən başqa seçim ola bilməz”.  Toplum Tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 25-də verdiyi bəyanatda deyilir. Rəsmi Movkva növbəti dəfə bəyan edib ki, Nikol Paşinyan daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq və günahı Moskvanın üzərinə atmaq istəyir: "Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi Yerevanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir". https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp XİN...

Seçilmiş Videolar

Toplum TV loqo