Açıq mənbələrdən götürülüb
Media Hüququ Qrupu Azərbaycanda medianın hüquqi durumuna dair hesabat yayımlayıb. Hesabat 2022-ci ilin ilk yarısının qiymətləndirilməsidir.
Hesabatda qeyd olunur ki, Azərbaycanda medianın durumu ilə bağlı ciddi irəliləyişlər nəzərə çarpmır. Beynəlxalq qurumların reytinqlərində Azərbaycanın mövqeyi demək olar ki, əvvəlki kimi qalır, yalnız “Sərhədsiz reportyorlar” təşkilatının son reytinqində əvvəlki illərlə müqaysədə cüzi irəliləyiş görünür. Həmin sənəddə Azərbaycan 180 ölkə arasında 154-cü yerdə göstərilir. 2020-ci ilin hesabatında Azərbaycan 168-ci pillədə idi.
Təşkilat jurnalistika sahəsində baş verən insidentlərin başlıca səbəbi kimi jurnalistləri qoruyan qanuni mexanizmlərin işlək olmamasını görür:
“2022-ci ilin birinci yarısında Azərbaycanda jurnalistlər, mediada çalışanlarla bağlı baş vermiş insidentlərin analizi göstərir ki, onların başlıca problemləri, onları qoruyan qanuni mexanizmlərin işlək olmamasıdır. Milli qanunvericilik jurnalist fəaliyyətini kənar müxadilələrdən qoruyan tənzimləmələri nəzərdə tutur. Məsələn, peşə fəaliyyətini yerinə yetirən jurnalistə qarşı zorakılıq cinayət məsuliyyəti yaradır. Jurnalistə informasiya verməyən, informasiya sorğusunu cavablandırmayan ictimai infomrasiya sahiblərini inzibati məsuliyyət gözləyir. Ancaq bu normaların heç biri tətbiq edilmir. Digər diqqət çəkən problem, son aylarda böhtan və təhqirə görə, cinayət cəzaları müəyyən edən qanunlardan istifadənin yayğınlaşmasıdır”.
Hesabatla daha ətraflı buradan tanış ola bilərsiniz: https://toplum.tv/images/MHQ_media_huquqi_durum_2022_1_1658495858.pdf
Media Hüququ Qrupu - Azərbaycanda media azadlığı ilə bağlı qanunvericiliyi və təcrübəni qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianı və jurnalistləri qorumaq, ifadə azadlığı, eləcə də digər əsas hüquqların təşviqi sahəsində çalışan vətəndaş cəmiyyəti təşəbbüsüdür. Qrup hüquqşunaslar Ələsgər Məmmədli və Xalid Ağaliyev tərəfindən qurulub.
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot
Açıq mənbələrdən götürülüb