Siyasət

“Media Reyestrinin aparılması Qaydaları” təsdiq edildi

26 Sentyabr, 2022
749

Rəsmi səhifə

Bununla bağlı sentyabrın 26-da Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 

- Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

https://toplum.tv/multimedia/metbuat-surasinin-qalmaqalli-qurultayi

- Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

- Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməlidir. 

“Media Reyestrinin aparılması Qaydaları” ilə linki tıklamaqla tanış ola bilərsiniz. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

BMT missiyası Qarabağa səfər edəcək

Toplum TV
29 Sentyabr 2023

mfa.gov.az

Rəsmi Bakı BMT missiyasının Qarabağ bölgəsinə səfər edəcəyini açıqlayıb. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 29-da Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Sözçünün dediklərinə görə, Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağda həyata keçirilən humanitar fəaliyyətlə tanış olmaq üçün bölgəyə dəvət edib.  "Bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək. Səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq....
Siyasət

DTX erməni generalı həbs edib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistan vətəndaşı Davit Manukyan barədə Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, Manukyan Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq, qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma, eləcə də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilib. https://toplum.tv/siyaset/pseparatccedililarin-keccedilmis-muumldafie-naziri-saxlanilibp Onun 27 sentyabr 2023-cü il tarixində saxlanıldığı bildirilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Seçilmiş Videolar

Toplum TV loqo