Siyasət

Məhkəmə hüquq müdafiəçisinin cəzasını yumşaltmaqdan imtina etdi

9 Oktyabr, 2021
401

Açıq mənbələrdən götürülüb

Suraxanı rayon məhkəməsi həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəzlənməsinə dair ərizəsinə baxıb.

Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə, hakim Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə hüquq müdafiəçisinin müraciətini təmin etməyib.

Elçin Məmməd iki ilə yaxındır həbsdədir və artıq cəzasının 1/3-ni çəkib.

O, məhkəmədən qalan həbs müddətini şərti cəza ilə əvəz etməyi və ya onu məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürməyi xahiş edib.

"Turan"-ın məlumatına görə, vəkil Fariz Namazlı qeyd edib ki, Məmməd cəzaçəkmə müəssisəsində tətbiq olunan rejim qaydalarına əməl edib və barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməyib. Bundan başqa, onun anasının 68 yaşı var və ağır xəstədir, oğul qayğısına möhtacdır. Hüquq müdafiəçisinin 2 azyaşlı övladı da ata qayğısından kənarda qalıb.

Amma Suraxanı rayon məhkəməsi Penitensiar Müəssisənin mülahizəsinə əsasən cəzanı yumşaltmaqdan imtina edib.

Cəzaçəkmə müəssisəsi mülahizəsində qeyd edib ki, Elçin Məmməd “bu dövr ərzində hər hansı qayda pozuntusuna yol verməsə də, ittiham olunduğu cinayətdə təqsirini etiraf etməyib”.

Amma müdafiə tərəfinin fikrincə, məhkəmənində bunu əsas götürməsi qanunvericiliyin tələbinə və Ali Məhkəmənin Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyinə ziddir. Elçin Məmməd yerli məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Məmməd hüquqi ayrı-seçkiliyə məruz qaldığını hesab edir, belə ki, son üç ayda onun cəzasını çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən 80-dən çox məhbus vaxtından əvvəl azad edilib.

2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi Sumqayıt Gənclərin Hüquqi Maarifləndirilməsi QHT-nin rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi “oğurluq” və “qanunsuz silah və döyüş sursatı saxlamaqda” təqsirli bilərək, 4 il azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bir müddət əvvəl həmin qadın "criminal.az" saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.

Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.  

"Amnesty International", PEN,  FİACAT, OMCT, FİDH, CJFE və digər nüfuzlu beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Siyasət

AŞPA LGBTİ  hüquqları ilə bağlı Cənubi Qafqaz ölkələrinə çağırış edib

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) vəziyyəti ilə bağlı narahatlığını bildirib. "Turan"-ın məlumatına görə, Assambleyanın yanvarın 25-də qəbul edilmiş qətnaməsində (Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBTI people) bu insanların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir. Cənubi Qafqaz ölkələri "cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etməli və siyasət həyata keçirməlidir".  "Gürcüstanın ayrı-seçkiliyə qarşı mübarizədə əldə etdiyi irəliləyişi", həmçinin "Ermənistanda hazırki demokratiyaya keçid prosesi ilə bağlı yaranan imkanları" alqışlayan parlamentarilər Yerevan, Bakı və Tbilisini...
Siyasət

Xaricdə yaşayan bloger və jurnalist barəsində axtarış elan edildi

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib. Bu barədə yanvarın 27-də "Report" hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.  Məlumata görə, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib. T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.
Seçilmiş Videolar