Sosial media
Martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.
Hər ikisi məhkəmə zalında həbs olunub. Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev qaldırıb.
O, E.Həsənzadənin CM-in 147.1. (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb edilməsini istəyib.
İddiaya səbəb sosial şəbəkələrdə məmur haqqında tənqidi yazılardır. Bundan öncə Ş.Mustafayev Mingəçevir şəhər rəhbərliyini tənqid etdiyinə görə blogeri kirayə mənzilindən çıxartdırıb.
Əvvəllər Mingəçevir məhkəməsi onların hər ikisinin barəsində bir il islah işləri ilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət ediblər, lakin Apellyasiya
Məhkəməsi hökmü qüvvədə saxlayıb, sadəcə, müddəti azaldıb.
E.Həsənzadə hüquq-müdafiə fəaliyyətilə də məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub ("Turan").
Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"
Sosial media
Açıq mənbələrdən götürülüb
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış