Siyasət

Mehman Əliyev: "Hakimiyyətin marağı medianı tam nəzarətdə saxlamaqdır"

16 İyul, 2021
1141

Rəsmi səhifə

Ələsgər Məmmədli: "Cəmiyyəti narahat edən məsələlərin müzakirəyə çıxarılması qənaətbəxş haldır"
 
"“Media haqqında" Qanunla bağlı gizli müzakirələrin aparılması və ictimaiyyətə təqdim olunmaması onu göstərir ki, hakimiyyətin marağı medianı tam nəzarətdə saxlamaq və onun azadlığını məhdudlaşdırmaq yönündədir”.
 
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Toplum TV”-yə danışarkən belə deyib.
 
İyulun 3-də Medianın İnkişafı Agentliyinin (MEDİA) direktoru Əhməd İsmayılov Mehman Əliyev və media hüququ üzrə ekspert Ələsgər Məmmədli ilə görüşüb.
 
Görüş media ilə bağlı hazırlanan yeni qanun layihəsi ilə bağlı olub.
 
Görüşdən öncə "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Əhməd İsmayılova açıq məktub ünvanlamışdı. O, yeni qanun layihəsinin ictmiayyətə təqdim olunmasının vacibliyini vurğulayırdı.

Mehman Əliyev - Sosial Media

Bu müraciətdən sonra isə bloger Nurlan Qəhrəmanlı (Libre) MEDİA-ya gedərək qanun layihəsinin müstəqil ekspertlərlə müzakirəsini tələb etmişdi.
 
Məlumata görə, baş tutan görüşdən sonra "Media haqqında" qanun layihəsi ilə bağlı növbəti həftə müzakirələrin keçirilməsi nəzərdə tululub və bu barədə razılığa gəlinib.
 
Mehman Əliyev isə “Toplum TV”-yə deyir ki, Əhməd İsmayılovla belə bir razılaşma olmayıb.
 
O qeyd edir ki, görüşdə onlara heç bir qanun layihəsi də təqdim olunmayıb: “Görüşdən sonra da bizə heç nə təqdim olunmadı. Sadəcə, vahid vəsiqə və vahid reyestr kimi müəyyən məsələlərlə bağlı müzakirələr getdi. Düşünmürəm ki, medianın problemi vahid vəsiqə və ya reyestrla həll olunacaq. Medianın əsas problemi Azərbaycan hökumətinin azad medianı istəməməsidir. Bununla bağlı uzun illərdir ki, savaş aparır və müəyyən dərəcədə buna nail olub. Yəni nəticə etibarilə bu siyasət dəyişməlidir”.
 
M.Əliyevin sözlərinə görə, görüşdən sonra onların şübhələri öz təsdiqini tapıb: "Bizə deyildi ki, qanun layihəsi hazır olduqdan sonra Milli Məclisə, daha sonra ictimaiyyətə təqdim olunacaq. Biz isə bunun düzgün qərar olmadığını düşünürük. Əvvəlcə qanun müzakirə olunaraq hazırlanmalı, daha sonra Milli Məclisə təqdim edilməlidir”.

Ələsgər Məmmədli - Sosial Media

Görüşün digər iştirakçısı Ələsgər Məmmədlinin sözlərinə görə, görüşdə bir çox məsələlər müzakirə olunub: “Yeni yaranan Medianın İnkişafı Agentliyinin perspektivi, öncəki qurum olan KİVDF-dən fərqi və görüləcək işlərlə bağlı müzakirələr aparıldı. Qurum bizə həm öz planları, qismən də "Media haqqında" yeni qanunun layihəsinin konturları ilə bağlı məlumat verdi. Biz də öz yanaşmamızı, xüsusilə də medianın lisenziyalaşması və vahid vəsiqə məsələsi ilə bağlı fikirlərimizi ifadə etdik”.
 
M.Əliyevdən fərqli olaraq Ə.Məmmədli görüşü qənaətbəxş sayır: “Ümumiyyətlə, dövlət qurumlarının ictimai müzakirələr aspektindən hərəkət edərək ekspertləri dinləməsi müsbət addımdır. Bu o demək deyil ki, bizim orada qeyd etdiyimiz bütün məsələlər baş tutacaq. Amma ən azından bu təşəbbüs, başqalarının da fikrini dinləmə istəyi və cəmiyyəti narahat edən məsələlərin müzakirəyə çıxarılması qənaətbəxş haldır”.
 
"Media haqqında" Qanunun layihəsinin müzakirəyə çıxarılmasına gəlincə, ekspert düşünür ki, MEDİA bu məsələdə ictimaiyyətdəki həssaslığı nəzərə almalıdır: “Medianın sferası geniş olduğu üçün biz bu sahədə qəbul olunacaq qanunun ictimai müzakirədən keçməli olduğunu özəlliklə vurğuladıq. İndiki halda layihənin hazırlanma prosesinə ictimaiyyət cəlb olunmayıb. Bu, neqativ haldır və bununla bağlı da narahatlığımızı dilə gətirdik. Amma qanunun istər daxili ictimai müzakirə, istərsə də beynəlxalq ekspertizaya getməli olduğu ilə bağlı fikirlərimizi çatdırdıq. Qurum isə layihə hazır olduqdan sonra bunun mümkün olacağını bildirdi”.
 
Bundan öncə isə müstəqil jurnalistlər yeni “Media haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması tələbi ilə bəyanat yaymışdı.
 
Bəyanatı imzalayanlar tələb edirdi ki, Azərbaycanda hazırlanan və indiyə qədər heç vaxt mətni açıqlanmayan “Media haqqında” Qanun layihəsi həm jurnalistlərə, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə təqdim edilsin.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo