Siyasət

Mehman Hüseynov saxlanılma səbəbindən yazdı

14 Mart, 2021
130

sosial media

Mehman Hüseynov

“Mən "bandit" deyiləm! Mən cinayətkar deyiləm! Mən rüşvətxor, korrupsioner məmur deyiləm!"

Polis tərəfindən saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı deyilən Mehman Hüseynov "Feysbuk" hesabında belə yazıb. 

"Zor gücü ilə məni susdurmaq istəyirlər! Niyə? Çünki mən əsl cinayətkarları, korrupsiyaya əli batmış məmurları, dövlət büdcəsindən xalqın pullarını oğurlayanları axtarıb ortaya çıxarıram. Bu gün də növbəti araşdırma üçün mən və dostum, həmkarım Ülvi Həsənli yola çıxmışdıq” - ictimai fəal belə yazır. 

O iddia edir ki, bir məmurun oğurluq pullarını ortaya çıxartdığına görə axtarışa verilib: "Nəticəsi oldu. Polislər bizim izimizə düşüb əməliyyat-axtarış tədbirləri nəticəsində saxladılar (elə bil dünyanın ən təhlükəli terrorçunu həbs edirlər). Bu ölkədə hər şey tərsinədi. Qandal mənim əlimə vurulmamalı idi". 

"Polis idarələrində mənlə necə davranıblar, onu artıq deməyə ehtiyac yoxdur. Öyrəşmişəm. Təəcüblənmədim. Qeyri-adi, yenilikci davranış görmədim ki, sizinlə bölüşüm" deyə yazan  M.Hüseynovun sözlərinə görə, ona aid  çəkiliş avadanlıqlarını müsadirə ediblər: "Təəsüflənmirəm! Çünki reportajların əsas hissəsi kameralar, dronlar deyil. Yuxardakılar başa düşməlidir ki, bir məmurun korrupsiya əməllərini araşdırıb ortaya çıxartmaq üçün kameraya, drona ehtiyac yoxdu. Bu araşdırmaları etmək üçün ən vacibi cəsarət, istək olmalıdır. O da həmişə mənlədir". 

Fəal "məmur ovu" adlandırdığı prosesi davam etdirəcəyini də qeyd edib: "Doğma Azərbaycanımızı oğrulardan təmizləməliyik! Biz imkan verməməliyik ki, bu ölkənin var dövlətini, sərvətini bir qrup harınlanmış talasın. Bu ölkənin var dövləti, sərvəti, qızılı, nefti Azərbaycan Xalqına məxsusdur!"

Siyasət

Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"

Aytac Məmmədli
9 Aprel 2021

Sosial media

"Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Toplum TV"-yə deyib. Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Ermənistan mətbuatı isə ötən gün yazıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyilə qaytarılır. Hətta erməni yaxınları da hava limanında gözləyiblər. Təyyarə Yerevanın “Erebuni” aeroportunda eniş edib və məlum olub ki, içərisində yalnız Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Muradov olub. Bir gün sonra Rüstəm Muradov açıqlama yayıb ki,...
Siyasət

Media ilə bağlı yeni qanuna ehtiyac varmı?

Nigar Səmədli
9 Aprel 2021

Açıq mənbələrdən götürülüb

“Media sahibliyi məsələsi uzun illərdir ki, ciddi problem kimi ortalıqdadır, azad rəqabət mühiti, reklam bazarı və şəffaflıq yoxdur. Hökumət də bundan istifadə edib medianı fərqli adlar altında nəzarətində saxlayır”. Bunu “Toplum TV”-yə media hüququ üzrə ekspert Xalid Ağaliyev Əhməd İsmayılovun fikirlərini şərh edərkən deyib. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə deyib ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. O, layihənin Prezidentin "Ьedia sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq hazırlandığını bildirib. Əhməd İsmayılov qeyd edib ki, layihə hazırda işçi qrupda müzakirə olunur: “Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin...
Seçilmiş Videolar