Rəsmi səhifə
Vitse-prezident Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.
Bu barədə noyabrın 15-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası məlumat yayıb.
https://toplum.tv/siyaset/avropa-birliyi-yerevan-ve-bakini-ritorikani-mulayimlesdirmeye-cagirir
Mehriban Əliyevanın UNESCO-dakı vəzifəsindən getmək istəməsinə səbəb kimi II Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə aktiv cəlb olunmasını göstərilib, bu sahədəki aktiv roluna görə onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkanı xaricində olduğu vurğulanıb.
Məktubda həmçinin "Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid" ifadə olunub.
Eləcə də Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb