Siyasət

Mərkəzi Xəstəxananın direktoru rüşvət üstündə həbs edildi

20 Oktyabr, 2021
19158

Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub.

Bu barədə oktyabrın 19-da Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda deyilir:

""Qusar rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 

Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2.000 manat pul vəsaitinin 1.000 manatını alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1.000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub".

Siyasət

Müsəlman Birliyi Hərəkatının üzvünə hökm oxundu

20 May 2022

Razi Hümbətov - sosial media

Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova hökm oxunub. Azadlıq Radiosunun məlumatına görə, hərəkatın üzvü 6 il azadlıqdan məhrum edilib. R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Atası məhkəmə qərarını qərəzli adlandırıb və qeyd edib ki, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər. Xəbərdə o da bildirilir ki, məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlanılıb. R.Hümbətov ötən il iyulunda saxlanıb....
Siyasət

Almaniyadan qaytarılan daha bir fəal həbs edilib

Roza Məmmədova
20 May 2022

açıq mənbədən götürülüb

Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir. Bu barədə məlumatı mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb: “Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?” Əfqan Muxtarlı - sosial media Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib: “Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”....

Seçilmiş Videolar

Toplum TV loqo