Siyasət

Mətbuat nümayəndələri "Media haqqında" qanun layihəsi ilə bağlı İlham Əliyevə çağırış edib

15 Yanvar, 2022
580

Açıq mənbələrdən götürülüb

"Milli Məclisdə 3-cü oxunuşda qəbul edilmiş "Media haqqında" qanun layihəsinin qanuna çevrilməməsi üçün ölkə Prezidentinə müraciət etdik".

Bu barədə KİV rəhbərləri, jurnalist təşkilatları və ekspertlərdən ibarət qrup adından "Facebook"-da yayılan açıqlamada bildirilir.  

"Bu qanun layihəsinin Azərbaycanda media və ifadə azadlığı hüququnun inkişafına xidmət etmədiyini, əksinə, indiyədək bu sahədə əldə olunmuş kövrək nailiyyətləri belə kölgə altına aldığını vurğuladıq. Ölkə başçısından “Media haqqında” qanunu imzalamamasını, onu yenidən işlənmək üçün parlamentə geri qaytarmasını xahiş etdik. Müraciətimizin diqqətə alınacağına ümidvarıq", - deyə açıqlamada qeyd olunub. 

Müraciətin müəllifləri sözügedən qanunun məzmunu ilə bağlı qeyd ediblər ki, bu, ictimai müzakirələr olmadan, müstəqil KİV və hüquqşünasların rəyləri nəzərə alınmadan hazırlanıb və  parlamentə təqdim edilib.

“Qanun layihəsinin mətni açıqlandıqdan sonra dar zaman kəsiyində layihənin mürtəce, media və ifadə azadlığı standartları ilə üst-üstə düşməyən məzmununun yaxşılaşdırlmasına xidmət edən təkliflər paketini hazırlayıb, təqdim etmişik. Ancaq təəssüflər olsun ki, irəli sürdüyümüz vacib təkliflər də diqqətsiz qalıb. Milli Məclis yekunda texniki məzmunlu bir neçə dəyişiklik etməklə layihəni qəbul edib.

Məzmunu media qanunları standartlarına uyğun gəlməyən, mətni mücərrəd, anlayışları dolaşıq olan qanun layihəsi jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir. O, kimin qanuni jurnalistika fəaliyyətilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş, onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir. Qanun layihəsinin hazırlanması prosesi, layihənin məzmunu həm “İnformasiya əldə etmək haqqında” qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil”, - deyə müraciətdə bildirilib. 

Müraciətə aşağıdakı şəxslər imza atıb: 

Arif Əliyev - Yeni Nəsil Jurnalistlər Birliyinin sədri 
Osman Gündüz - Azərbaycanda İnternetin İnkişafı Forumunun sədri 
Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru 
Ələsgər Məmmədli - media hüququ üzrə mütəxəssis 
Mehman Əliyev - "Turan" İnformasiya Agentliyinin direktoru 
Qulu Məhərrəmli - “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri 
Xalid Ağaliyev - media eksperti, media hüququ üzrə mütəxəssis 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo