Siyasət

Meyxanaçı Rəsulzadə haqqındakı qafiyələrə görə həbs olunub?

19 Oktyabr, 2021
1422

Açıq mənbələrdən götürülüb

"Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar əsassızdır".

Bunu oktyabrın 19-da Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, həbs olunan şəxs istintaqda əməllərini etiraf edib.

"Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib. Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib", - deyə E.Hacıyev bildirib.

KİV-də yayılan xəbərlərə görə, Cavid Sumqayıtlının Məmməd Əmin Rəsulzadə haqqında meyxanasında bu fikirlər yer alıb:

“Məmməd Əmin Rəsulzadə heykəlindən toz tökülür
Bu boyda dövlət qoyub kişi sizə...”

Təqsirləndirilən meyxanaçının ona ünvanlanan ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil. Onun ittiham edildiyi maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

İsxaq Hersoq: Azərbaycan və İsrail strateji əlaqələri bütün regiona təsir edir

30 May 2023

President.az

İsxaq Hersoqun bu gün, mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü baş tutub.  Görüş zamanı o, Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib:  "Azərbaycan və İsrail arasındakı əlaqələr müsəlmanlarla yəhudilərin sülh içində birgəyaşayışına, açıq dialoq apara biləcəyinə, birlikdə gözəl işlər görə biləcəyinə və dünyanı daha yaxşı edə biləcəklərinə dair mesaj verir". https://toplum.tv/multimedia/pbakida-israil-sefirliyi-oumlnuumlnde-aksiyap Hersoq Azərbaycan və İsrailin strateji əlaqələrinin sülh, firavanlıq və inkişaf istiqamətində bütün regiona təsir etdiyini vurğulayıb. “Sizi İsraildə qonaq etməyi səbirsizliklə gözləyirəm”, - deyə İsrailin dövlət başçısı İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.  Azərbaycan Prezidenti isə öz növbəsində qeyd edib ki, bu səfər iki ölkə arasında dostluq münasibətlərinin...
Siyasət

Ermənistanla sərhəddə və Qarabağda atəşkəs pozulub

30 May 2023

Rəsmi səhifə

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub. Toplum TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Ermənistan bölmələri Azərbaycanın Tovuz, Kəlbəcər və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. https://toplum.tv/siyaset/pqarabag-seperatccedililari-eliyeve-cavab-verdip Həmçinin Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulduğu xəbər verilib.  "Qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - deyə Müdafiə Nazirliyindən bildirilib. 

Seçilmiş Videolar

Toplum TV loqo