Siyasət

MHQ Baş Prokurorluğu qınayan bəyanat yayıb

Roza Məmmədova
31 İyul, 2022
399

Rəsmi səhifə

“Jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin yazdıqları yazı, mülahizə və tənqidlərə görə çək-çevirə salınmasından dərin narahatlıq keçiririk” 
 
Media Hüququ Qrupunun (MHQ) iyulun 30-da yaydığı bəyanatda belə deyilir. 
 
İyulda jurnalistlər Fikrət Fərəməzoğlu, Səxavət Məmmədov, Aqil Alışov, bloqer Tofiq Şahmuradov və bir qrup sosial şəbəkə istifadəçisi Baş Prokurorluğa çağırılıb.

Yazılarına, sosial şəbəkələrdəki paylaşımlarına görə sorğu-sual ediliblər. 
 
Onlardan T. Şahmuradov sosial şəbəkədə “qanunla yayılması qadağan edilən” informasiya yerləşdirməkdə günahlandırılaraq 1 aylıq inzibati həbs cəzasına məhkum olunub.  
 
Digər jurnalistlərə isə yazılarına görə rəsmi qaydada xəbərdarlıq edilib. Eyni zamanda adı çəkilən jurnalistlər əvvəlki aylarda da oxşarlıq xəbərdarlıq almışdı.  
 
Baş Prokurorluq sözügedən şəxslərin hansı qadağan edilmiş informasiyanı yaydığını, yaxud da pozuntuya yol verdiklərini dəqiq olaraq açıqlamayıb. 
 
Qurumun açıqlamasında yalnız onların "Media haqqında” qanunu pozduğu, faktları və hadisələri qərəzsiz və obyektiv təqdim etmədiyi, birtərəfliliyə yol verildiyi bildirilib. 
 
MHQ təşkilatı  Baş Prokororlıuğun istinad etdiyi “Media haqqında” qanunun tələblərini belə şərh edib: 

“Sözügedən qanunun 14 maddəsinin tələbləri, şəxslərə yox, media subyektlrinə yönəlik tələbdir və fərdlərə münasibətdə tətbiq edilməməlidir. Jurnalistlər, ümumiyyətlə hər kəs öz rəyində qalmaq kimi mütləq azadlığa, öz düşüncələrini ifadə etmək hüququna sahibdir, qanunvericilik fərdlərin üzərində öz düşüncələrini, mülahizələrini, tənqidlərini ifadə edərkən balanslı informasiya yayma öhdəliyi qoya bilməz”.  
 
Bəyanatda bildirilir ki, jurnalist fəaliyyəti, məlumat toplama, ötürmə təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla, sadəcə gözlə müşahidə etməklə məhdudlaşdırıla bilməz: 
 
“Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz. Media Hüququ Qrupu bütün dövlət qurumlarının vəzifəli şəxslərini jurnalistlərlə, sosial şəbəkə istifadəçiləri ilə belə davranışlardan çəkinməyə, bu yanlış praktikanı dəyişməyə çağırır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyəti təklif edilib. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i AR Prezident Administrasiyası Xocalı şəhərində baş tutan görüşlə bağlı bildirib. Qurumun açıqlamasına görə, sentyabrın 25-i keçirilən görüş Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov və erməni sakinlərin təmsilçiləri ilə arasında keçirilib. Belə ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən konstruktiv görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub. Müzakirədə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul...
Siyasət

Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində “Rusiyaya qarşı qəbuledilməz hücumlar var və bunu rədd etməkdən başqa seçim ola bilməz”.  Toplum Tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 25-də verdiyi bəyanatda deyilir. Rəsmi Movkva növbəti dəfə bəyan edib ki, Nikol Paşinyan daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq və günahı Moskvanın üzərinə atmaq istəyir: "Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi Yerevanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir". https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp XİN...

Seçilmiş Videolar

Toplum TV loqo