Siyasət
Milli Məclisin komitə iclası keçirilib
10 Sentyabr, 2020
278
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Bu barədə "Report" məlumat verib.
 
Komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələ daxil edilib.

İclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabat təqdim edilib, komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxılıb.

Tədbirdə komitə üzvləri "Müstəqil Dövlətlər birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq olunması barədə qanun layihəsi haqqında, "Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, "Sahibkarlıq fəaliyyəti haqqında”, "Dövlət qulluğu haqqında”, "İşsizlikdən sığorta haqqında” və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, Mülki Prosessual Məcəlləyə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və "Nağdsız hesablaşmalar haqqında”, Vergi Məcəlləsinə dəyişiklik layihələri birinci oxunuşda müzakirə ediblər.

Daha sonra müzakirə edilən qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.
Siyasət

Tofiq Yaqublu: “Paşinyanın qalib gəlməsi bizə daha ciddi problem yarada bilər” 

Nigar Səmədli
18 İyun 2021

Al Jazeera

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.     Namizədlər arasında Ermənistanın sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi şəxslər  yer alıb.   Elman Nəsirov - Sosial Media   Bəs Azərbaycanda Ermənistanda keçiriləcək seçkilərlə bağlı proqnozlar nədir?     Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi indidən məlumdur: “Tərəflər bir-birini dövlətə xəyanətdə ittiham edir, düşmən və satqın adlandırırlar. Budəfəki seçkinin əsas özəlliyi ondadır ki, Ermənistanı idarə etmiş bütün şəxslər seçkilərə qatılıb və bu da seçki prosesinə əlavə gərginlik gətirir. İlkin proqnozlar göstərir ki, əsas namizədlər...
Siyasət

Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

18 İyun 2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı barədə ehtimallara şərh verməkdən imtina edib.  "RIA Novosti"-nin iyunun 18-də verdiyi məlumata görə, o, bu iddiaları şayiə adlandırıb.  "Biz bu məsələni müzakirə etməmişik və biz şayiələrə şərh vermirik", - deyə Rusiyanın baş diplomatı vurğulayıb.  Bir neçə gün əvvəl Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Hərbi Qüvvələrinin bazasının yaradılması fikrini istisna etməmişdi.  "Bu məsələnin [hərbi bazanın yaradılması] inkişafı mümkündür. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə apardığı məsləhətləşmələrdən sonra təkmilləşə bilər. Həmçinin bizim danışıqlarımız prosesində də...
Seçilmiş Videolar