Siyasət
Milli Məclisin sabahkı iclasında hansı məsələlər müzakirə olunacaq?
29 İyun, 2020
470
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 30-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
Siyasət

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

6 Mart 2021

"Sputnik"

Martin 6-ı Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. “Toplum TV” M.Ə.Rəsulzadənin ömür yolu haqqında Nəsiman Yaqublununun məqaləsini təqdim edir.   1884-cü il 31 yanvar – M.Ə.Rəsulzadə Bakı quberniyası Bakı qəzasının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib. 1901-1903-cü illər – İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktəbində, eləcə də Bakı Texniki məktəbində rus dilində təhsil alıb. 1903-cü il – “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsini...
Siyasət

YAP İdarə Heyətinin yeni üzvləri məlum oldu

5 Mart 2021

Report

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. 40 nəfərdən Yenilənmiş İdarə Heyətində bu şəxslər yer alıb: 1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri 2. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti 3. Tahir Mirkişili 4. Cavid Osmanov 5. Sadiq Qurbanov 6. Hikmət Babaoğlu 7. Elşad Mirbəşiroğlu 8. Azər Badamov 9. Şahin İsmayılov 10. Ramin Məmmədov 11. Kamal Cəfərov 12. Əli Əhmədov 13. Mübariz Qurbanlı 14. Eldar İbrahimov 15. Bahar Muradova 16. Mixail Zabelin 17. Vasif Talıbov 18.İsmayılov Amin 19. İsgəndərov Anar 20. Əliyev Rauf 21. Əzizov Eldar...
Seçilmiş Videolar