Siyasət

Milli Şura: "Hakimiyyət Qarabağ savaşından əvvəlki repressiya siyasətinə qayıdıb"

4 May, 2021
1660

Sosial Media

"Azərbaycan hakimiyyəti ölkəni idarəçilik baxımından çox sürətlə ikinci Qarabağ savaşından əvvəlki repressiya və korrupsiya gündəminə qaytarır və bu, ölkənin demokratik ictimaiyyətini narahat etməyə bilməz. Savaş günlərində Azərbaycan ictimaiyyətində az qala konsensus həddində belə gözləntilər yaranmışdı ki, hakimiyyət daha əvvəlki idarəçilik üslubundan imtina edəcək və ölkədə hər şey tədrici də olsa, yaxşılığa doğru dəyişəcək. Amma təəssüf ki, İlham Əliyev iqtidarı, yeri gəlmişkən, şəxsən onun öz təşəbbüsü ilə qısa zamanda nümayiş etdirdi ki, cəmiyyətlə, siyasi müxalifətlə münasibətlərində əvvəlki neqativlərin heç birindən imtina etmək fikrində deyil".

Bu barədə Demokratiq Qüvvələrin Milli Şurasının bəyanatında deyilir.

Bəyanatda həmçinin bu fikirlər yer alıb:

"Savaş bitəndən sonrakı qısa müddətdə siyasi sifarişli həbslərə, xüsusən AXCP üzvlərinin, təəssübkeşlərinin həbsinə yenidən start verilib. Bugünlərdə AXCP üzvlərindən Səud Bakuvi qondarma ittihamla həbs edilb. Onu 1 il öncə, İlham Əliyevin məlum nifrət çıxışından sonra həbs etmişdilər. Ona qarşı ittihamın saxtalığını hadisə yerindən əldə edilən videogörüntülər sübut etsə də, o azadlığa yox, məhkəməyə qədər ev dustaqlığına buraxılmışdı. Məhkəmə isə ittihamın saxtalığına dair sübutlara baxmayaraq, onu siyasi sifarişlə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etdi.

Bundan əvvəl isə AXCP təəssübkeşi olan Laçın Vəliyev ötən ilin iyulundakı Qarabağ yürüşünə görə mühakimə olunan AXCP funksionerlərindən Bəxtiyar İmanovun əleyhinə ifadə vermədiyi üçün narkotik ittihamı ilə şərlənərək həbs olundu. Laçın Vəliyev AXCP rəhbərliyinə qarşı ifadə verməsi üçün əvvəlcə başqa bir ittihamla polis idarəsinə aparılmış və bir neçə gün orada işgəncəyə məruz qalmışdı. Laçın Vəliyev işində hakimiyyətin müxalifətlə mübarizədə ən çirkin vasitələrdən də istifadə etdiyi üzə çıxdı. Belə ki, Laçın Vəliyev irəli sürülən saxta ittihamı qəbul etsin deyə, öz evində ailəsilə olan intim münasibətinin videogörüntüləri ilə şantaj olunub. Hakimiyyət orqanları bu görüntüləri onun evinə gizli yerləşdirilən kamera vasitəsilə əldə edib. Təəssüflər olsun ki, son vaxtlar Əliyev rejiminin vətəndaşların, ilk növbədə isə müxalif mövqeli insanların və onların ailə üzvlərinin şəxsi həyatına müdaxilə adi hal alıb. 

Bu dövrdə AXCP Gəncə şöbəsinin üzvü Şahin Hacıyev feysbukda tənqidi yazılarına görə 2 dəfə inzibati qaydada həbs olundu və sonda cinayət ittihamıyla uzunmüddətli həbs olunacağı ilə hədələnərək sosial şəbəkələrdə fəaliyyətini dayandırmağa vadar edildi.

Laçın Vəliyevə işgəncə verilməsi və bu həbslər bir daha göstərir ki, bütün beynəlxalq çağırışlara rəğmən Azərbaycan hakimiyyəti yenidən repressiya və zorakılıq üsul-idarəsinə qayıdıb.

Təəssüf ki, hakimiyyət savas bitər-bitməz rəqiblərinə qarşı mənəvi və siyasi terroru bərpa etdi. Milli Şura KM-nin üzvü Tofiq Yagublu saxta bir ittihamla bir ildən çoxdur ki, həbs və həbs təhdidi altında saxlanılır. 

Bu günlərdə Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı təzyiqlər də davam etdirilib. Tamamilə qurama və sifarişli məhkəmə qərarı ilə ona kəsilən cəriməyə əsassız şəkildə artım əlavə olunub və beləliklə, Gültəkin xanımın üzərinə 91 min manat cərimə qoyulub. Onun evi və maşını da həbs altındadır və bu əsassız cərimə odənilməsə, müsadirə olunacaq.

Bu dövrdə ölkə xaricində, Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid edən bəzi mühacir bloqçulara qarşı da hətta fiziki hücuma qədər gedilib. 

Hakimiyyət siyasi rəqiblərinə qarşı əvvəllər də tətbiq etdiyi kibercinayətkarlığı da son vaxtlar yenidən gücləndirib. AXCP fəallarının və funksionerlərinin, eləcə də partiyanın özünün sosial şəbəkə hesablarına hücumlar olub, partiya səhifəsinin izləyiciləri və paylaşımları silinib. Rejim hakerləri əvvəllər də kibercinayətkarlıq yolu ilə Milli Şura sədri Cəmil Həsənlinin, qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və AXCP Gənclər Komitəsinin səhifələrini ələ keçirib, izləyicilərini silmişdi. Bu kontekstdə onu da bildirək ki, AXCP sədrinə qarşı 1 il əvvəl tətbiq edilən internet-kommunikasiya blokadası hələ də aradan qaldırılmayıb.

Ümumiləşdirsək, İlham Əliyev hökuməti Milli Şura və AXCP-nin simasında real müxalifətə və sərt tənqidçilərinə qarşı yenidən sifarişli həbslər, işgəncə, hədələmə, mənəvi terror, fiziki hücumlar, kibercinayətkarlıq, internet blokadasına almaq kimi anti-konstitusion üsullarla mübarizə aparır. Belə görünür ki, hakimiyyəti sivil siyasi münasibətlər müstəvisinə keçirmək üçün edilən yerli və beynəlxalq cəhdlər hələ də yetərli olmayıb. Azərbaycan hakimiyyəti yenə də nə beynəlxalq öhdəliklərinə əməl edir, nə də ölkənin Konstitusiya və qanunlarına. Deməli, Azərbaycan ictimaiyyəti və demokratik dünya daha artığını etməlidir ki, İlham Əliyev hakimiyyəti Konstitusiya və beynəlxalq öhdəliklərini yerinə yetirsin".

Siyasət

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlarını elan etdi

29 Sentyabr 2022

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 29-da Azərbaycandan göndərilmiş 26 şikayət üzrə 5 yeni qərarını elan edib. Məhkəmə 2 şikayəti qəbuledilməz sayıb. Digər işlərdə tərəflər dostca anlaşıblar. Bu barədə aihmaz.org saytı məlumat yayıb.  "Əsədov Azərbaycana qarşı" - işində ərizəçiyə məxsus mülkiyyətin (yanacaq doldurma məntəqəsi) dövlət maraqları əsası ilə özgəninkiləşdirilməsi və sökülməsi, ərizəçiyə hər hansı kompensasiya ödənilməməsi ilə bağlı olub. Mübahisə ilə bağlı iki AİHM-ə iki fərqli məzmunda şikayət göndərilmişdi. Ərizəçi AİHM qarşısında iddia edir ki, ona məxsus mülkiyyətin sökülməsi, əlindən alınması, onun Konvensiyanın 6-cı, 8-ci, 13-cü və 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə...
Siyasət

Paşinyandan Azərbaycanla bağlı iddialar: Ödənişini etdiyimiz silahlar belə bizə çatdırılmır

Aytac Məmmədli
29 Sentyabr 2022

Açıq mənbələrdən götürülüb

“Azərbaycanın təcavüzü Ermənistan Silahlı Qüvvələrində aparılan islahatları pozmaq və Ermənistana silah verilməsinin qarşısını almaq məqsədi daşıyır”. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin sentyabrın 29-da keçirilən iclasında belə deyib.  “Ermənistan ərazisi işğal olunub və bizim mövqeyimiz birmənalıdır – Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının ərazisindən çıxarılmalıdır”, - deyə baş nazir bildirib. Onun iddiasına görə, Azərbaycan Ermənistan silahlı qüvvələrində aparılan genişmiqyaslı islahatları pozmaq istəyir. https://toplum.tv/dunya/ermenistan-serhedde-atisma-neticesinde-3-ermeni-herbcisinin-helak-oldugunu-bildirir “Biz silahlı qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə başlamışıq. Azərbaycan bu cür təxribatlara əl ataraq, islahatlara mane olmağa çalışır. Təəssüf ki, onlar müttəfiqlərimizlə münasibətlərdə də müəyyən uğurlar qazanıblar. Bakı çalışır ki, Ermənistana silah-sursat verilməsin. Hətta bəzi hallarda ödənişini etdiyimiz silah-sursatlar...

Seçilmiş Videolar

Toplum TV loqo