Sosial Media
ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endru Şofer - ABŞ) bəyanatla çıxış ediblər.
"Turan"ın məlumatına görə, həmsədrlər saxlanılan ermənilər Robert Vardanyan, Samvel Şuxyan və Seran Tamrazyanın Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb və hər iki tərəfi bütün məhbusların, saxlananların və cəsədlərin dəyişməsini tam və tez bir zamanda tamamlamağa, məhbuslarla insani rəftarı təmin etməyə çağırıblar.
Onlar həmçinin 13 aprel açıqlamalarına istinad edərək, tərəfləri münaqişə bölgəsində minalardan təmizləmək üçün lazım olan bütün məlumatları tgdim etmək, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa giriş məhdudiyyətlərini aradan qaldırmağa səsləyiblər.
"Tərəfləri 13 aprel bəyanatında vurğulanan problemlərə toxunaraq, davamlı sülhə kömək edən qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa çağırırıq Buraya həmsədrlərin iştirakı ilə ən yüksək səviyyədə siyasi dialoqun bərpası da daxildir", - bəyanatda bildirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb