Müdafiə Nazirliyi
Aprelin 3-də Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında deyilir ki, dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur", - məlumatında deyilir.
Ermənistan Müdafiə Nazirliyi isə məlumatı təkzib edir və həqiqəti əsk etdirmədiyini bildirir.
Toplum Tv
president.az
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”