MN şəhid Səbuhi Əhmədovun qardaşının açıqlaması ilə bağlı araşdırmaya başlayıb
Rəsmi səhifə
Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşma zamanı şəhid olmuş gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.
https://toplum.tv/siyaset/dsx-sehid-olan-herbcilerin-siyahisini-aciqladi
Sənan Əhmədovun sentyabrın 14-də sosial mediada yayımlanmış açıqlamasında bildirmişdi ki, Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alınıb.
O, qardaşının həmin vəsaiti bankdan kredit götürdüyünü bildirimişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı
Açıq mənbələrdən götürülüb
Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib
Açıq mənbələrdən götürülüb