Siyasət
Moskvadakı görüşdə hansı mövzular müzakirə olunacaq? - Yerevandan açıqlama
11 Yanvar, 2021
Baxış: 71
FOTO: "Ccbs.news"

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçiriləcək üçtərəfli görüşündə ərazi məsələləri barədə hansısa sənədin imzalanması gözlənilmir. 

"Sputnik Ermənistan"ın yanvarın 11-də verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Gevorkyan məlumat verib.  

"Feysbuk"da açıqlama verən Mane Gevorkyan bildirib ki, üç ölkə lideri arasındakı danışıqların məğzi iqtisadi məsələləri əhatə edəcək. Məlumata görə, söhbət Ermənistandan Rusiyaya, həmçinin Ermənistanın mərkəzi rayonlarından Sünik bölgəsinə (Yerevandan Mehriyə gedən yol Naxçıvandan keçəndə xeyli qısalır - red.) regional kommunikasiyaların, beynəlxalq yükdaşımaların açılmasından gedir. 

Gevorkyanın sözlərinə görə, Azərbaycandakı və Ermənistandakı bəzi dairələr fasiləsiz olaraq, "Mehri dəhlizi"ndən danışırlar, ancaq 9 noyabrdakı Birgə Bəyanatda Ermənistan ərazisindən hansısa dəhlizin keçəcəyinə dair bir maddə yoxdur. 

"Ermənistan tərəfi üçün ən vacib məqam əsirlərin, məhbusların və saxlananların tam dəyişdirilməsi, həmçinin hərbi əməliyyat zonalarında axtarış-xilasetmə işlərinin miqyasının genişləndirilməsidir. Bu məsələ həll olunmadan, istənilən iqtisadi müzakirə çətin olacaq, erməni tərəf bunu Moskva görüşündə ən vacib məsələlərdən biri kimi görür". 

Nikol Paşinyanın nümayəndəsi vurğulayıb ki, əgər sadalanan bütün mövzularda razılıq əldə olunarsa, görüşün nəticələri barədə müştərək bəyanatın verilməsi mümkündür.
Siyasət

 Ramin Quluzadəyə yeni vəzifə verildi

26 Yanvar 2021

PRESIDENT.AZ

Oqtay Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da sərəncam imzalayıb. Prezidentin rəsmi saytının məlumatına görə,  İlham Əliyev digər sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Siyasət

İlham Əliyev: “Azərbaycanda heç bir senzura yoxdur”

26 Yanvar 2021

Prezıdent.az

Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması münasibətilə videoformatda qəbul edib. Prezidentin rəsmi saytında verilən məlumata görə, İlham Əliyev çıxışında Azərbaycanda internet sahəsindəki vəziyyətdən də danışıb. “Hesab edirəm ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə mənim çoxsaylı görüşlərim onu göstərir ki, bizdə bu sahəyə qoyulan investisiyalara və yetirilən diqqətə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilir. Hesab edirəm ki, biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik....
Seçilmiş Videolar