"Müdafiə Xətti": "Azərbaycanda media mənsublarına qarşı təqib halları adi hal almaqdadır"
Sosial Media
Mayın 16-da "Müdafiə Xətti" İnsan Haqları Təşkilatı Bakıda jurnalistlərin polis tərəfindən döyülərək saxlanılmasını pisləyən bəyanat yayıb.
Bəyanatda bildirilir:
"14 may 2021-ci il tarixdə müstəqil jurnalist Elməddin Şamilzadə İslam Səfərli küçəsində yerləşən kafenin qarşısında siqaret kötüyü atmaq üçün qoyulmuş urnanın yanındakı skamyada oturub, siqaret çəkərkən polis işçiləri tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıb. Onunla birlikdə bölməyə gələn jurnalist Əminə Məmmədovanın telefonu əlindən alınıb, bloger Nurlan Qəhrəmanlı jurnalistin telefonunun alınmasına etirazını bildirdikdə zor tətbiq edilməklə bölməyə aparılıb, özünün və jurnalistlərin verdiyi məlumata görə bir neçə polis işçisi tərəfindən döyülüb.
Elməddin Şamilzadə İXM-nin 211.1 –ci maddəsinə əsasən (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə 200 (iki yüz) manat, Nurlan Qəhrəmanlı İXM-nin 510-cu maddəsinə əsasən (Xırda xuliqanlıq) 50 (əlli) manat cərimələnib.
Müdafiə Xətti baş verənləri jurnalistlərin peşə fəaliyyətinə görə onlara qarşı təzyiq kimi qiymətləndirir, jurnalistlər haqqında tərtib edilmiş qeyri-qanuni protokolların ləğv edilməsini, vəzifə səlahiyyətini aşmış şəxslərin müəyyən olunaraq cəzalandırılmasını tələb edir".
açıq mənbədən götürülüb
AMEA
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”