Siyasət
Müdafiə Nazirliyi atəşkəsin pozulmasına dair iddialara cavab verdi
13 Yanvar, 2021
Baxış: 59
Vaqif Dərgahlı
FOTO Ordu.az 
 
Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bu gün atəşkəs rejimini pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviş Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə erməni KİV-inin yaydığı məlumatları təkzib edib.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

"Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib, - deyə V. Dərgahlı vurğulayıb (APA).

Siyasət

Böyük Britaniya Qarabağdakı qələbə münasibətilə Azərbaycanı təbrik etdi

22 Yanvar 2021
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp II Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O, təbrikini yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşündə çatdırıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.
Siyasət

Putin Avropa Birliyi ilə Navalnı məsələsini müzakirə etdi

22 Yanvar 2021
Rusiya Prezidenti Vladimir Putin və Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub. Kremldən yanvarın 22-də verilən məlumata görə, telefon danışığı zamanı Şarl Mişelin xahişi ilə Aleksey Navalnı məsələsi də müzakirə edilib. Ancaq müzakirələrin hansı istiqamətdə getdiyi barədə detallı informasiya verilməyib. Məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa Biriliyi Şurası arasındakı münasibətlərin vəziyyəti, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb. Yanvarın 18-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı paytaxt Moskvada hava limanında həbs olunub. Yanvarın 23-də müxalifət liderinin həbsinə etiraz əlaməti olaraq Rusiyanın bir çox bölgələrində kütləvi...
Seçilmiş Videolar