Siyasət

Müdafiə Nazirliyi də rus sülhməramlılarını tənqid edib

25 Noyabr, 2022
288

Açıq mənbələrdən götürülüb

Laçın dəhlizi

Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Müdafiə Nazirliyi, Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib. Məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.

Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

"Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin (MN) rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir.

https://toplum.tv/multimedia/pasinyanin-ktmt-ye-yoxsa-putine-demarsi

Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.

Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb", - deyə açıqlamada qeyd olunub. 

MN-in açıqlamasında həmçinin vurğulanır ki, son zamanlar "qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır".

"Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq" - deyə qurumun açıqlamasında bildirilib. 

Xatırlatma 

Noyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin birinci müavini Ceyhun Şadlinski də bildirmişdi ki, Rusiya sülhməramlı kontingentinin "müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir". 

Eyni gündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlama vermişdi ki, erməni tərəfi Laçın dəhlizi vasitəsilə minalar gətirirərək Azərbaycan ərazilərində basdırıb. 

Onun sözlərinə görə, bu, üçtərəfli bəyanatda dəhlizin istifadə məqsədlərinə ziddir və buna son qoyulmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

ABŞ-ın yeni səfirinin Azərbaycana gələcəyi vaxt məlum oldu

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək. Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 29-da "Turan" informasiya agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.  Bildirilir ki, karyera diplomatı olan Libbi, təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayından, Li Litzenberqer postunu tərk etdikdən sonra Vaşinqton Azərbaycanda səfir təyin etməmişdi. https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Libbinin Bakıya gəlişi dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından bir neçə gün sonraya təsadüf edir. Libbi karyerası ərzində Brüsseldə ABŞ-ın Avropa İttifaqı yanında missiya rəhbərinin müavini vəzifəsində çalışıb. O, həmçinin ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi...
Siyasət

Vaşinqton jurnalistlərin həbsiylə bağlı Bakıya çağırış edib

29 Noyabr 2023

Rəsmi səhifə

ABŞ bir həftə ərzində dörd jurnalistin həbsindən sonra Bakını insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb. Toplum TV xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi "Turan" informasiya agentliyinin sorğusuna cavabında bildirib.  "Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığını həyata keçirənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq", - Dövlət Departamentinin nümayəndəsi əlavə edib.  https://toplum.tv/siyaset/pblinken-eliyeve-zeng-edib-quotnarahatliq-doguran-meqamlariquot-muumlzakire-edibp Niyə USAID bu regionda hücumların hədəfinə çevrilib - sualına Departamentin nümayəndəsi belə cavab verib: "USAID-in yardım layihələrilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. USAID-in dünyadakı bütün proqramları azad və...

Seçilmiş Videolar

Toplum TV loqo