Siyasət

Müdafiə Nazirliyi erməni tərəfin iddiasını təkzib etdi

21 Sentyabr, 2021
445

Rəsmi səhifə

Xocavənd rayonunda Azərbaycan əsgərinin piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Bildirilib ki, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

"Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur.

Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - deyə qurumun açıqlamasında qeyd edilib.

Siyasət

AŞPA LGBTİ  hüquqları ilə bağlı Cənubi Qafqaz ölkələrinə çağırış edib

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) vəziyyəti ilə bağlı narahatlığını bildirib. "Turan"-ın məlumatına görə, Assambleyanın yanvarın 25-də qəbul edilmiş qətnaməsində (Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBTI people) bu insanların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir. Cənubi Qafqaz ölkələri "cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etməli və siyasət həyata keçirməlidir".  "Gürcüstanın ayrı-seçkiliyə qarşı mübarizədə əldə etdiyi irəliləyişi", həmçinin "Ermənistanda hazırki demokratiyaya keçid prosesi ilə bağlı yaranan imkanları" alqışlayan parlamentarilər Yerevan, Bakı və Tbilisini...
Siyasət

Xaricdə yaşayan bloger və jurnalist barəsində axtarış elan edildi

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib. Bu barədə yanvarın 27-də "Report" hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.  Məlumata görə, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib. T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.
Seçilmiş Videolar