Siyasət

Müdafiə Nazirliyi əsgərlərin mühasirədə olmadığını bildirir

16 Sentyabr, 2022
239

Rəsmi səhifə

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bu barədə sentyabrın 16-da Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, - məlumatda qeyd olunub.

https://toplum.tv/siyaset/daha-6-herbcinin-sehid-oldugu-aciqlandi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan bu gün bildirib ki, azərbaycanlı hərbçilərdən ibarət bir qrup mühasirəyə düşüb. 

“Əgər bu qrupun qidası, suyu yoxdursa, bir neçə gün ərzində onların resursları tamamilə tükənəcək və oradan getməli olacaqlar. Bu qrup hər tərəfdən bölmələrimiz tərəfindən mühasirəyə alınıb”, - Asryan deyib. Bununla belə olan iddia etdiyi qrupun əsir düşmə ehtimalı barədə təfərrüat verməyib. 

O əlavə edib ki, dəstədə 10-12 nəfər ola bilər, daha çox deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo