Siyasət

Müdafiə Nazirliyi mövqelərin atəşə tutulduğunu deyir

11 Noyabr, 2022
745

Rəsmi səhifə

Erməni silahlıları Azərbaycan Ordusunun Xocavənddəki mövqelərini atəşə tutub.

Bu barədə noyabrın 11-i Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

https://toplum.tv/multimedia/bakida-zefer-gunu-muharibe-istemirik

"Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vaşinqtondan Bakıya sanksiya hədəsi: Azərbaycansız Cənubi Qafqaz?

Toplum TV
3 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

"ABŞ regionda öz siyasi diskursunu həyata keçirmək istəyirsə, Azərbaycanla dil tapmağı bacarmalıdır"  Bu sözləri Toplum TV-yə açıqlamasında, siyasi araşdırmaçı Fərhad Məmmədov ABŞ Senatına Azərbaycan əleyhinə təqdim edilən qanun layihəsi ilə bağlı bildirib. Oktyabrın 2-də ABŞ senatoru Qeri Piters Vaşinqtonun rəsmi Bakıya təhlükəsizlik sahəsində yardım göstərməsini qadağan edən qanun layihəsini Senata təqdim edib. Azərbaycanın "Qarabağ ermənilərə qarşı davam edən hücumlarına" cavab olaraq irəli sürüldüyünü bəyan edən Piters, ABŞ Maliyyə Nazirliyini və Dövlət Departamentini "hərbi hücumlar və Dağlıq Qarabağın blokadasına" görə bəzi Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyalara çağıran digər senatorlara qoşulub. “Azərbaycan hökuməti açıq şəkildə göstərdi ki, o, Ermənistan və "Dağlıq Qarabağ...
Siyasət

Baş Prokurorluq: İranda Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar çıxarılmayıb

3 Oktyabr 2023

Rəsmi səhifə

Azərbaycanın Baş Prokurorluğu İran məhkəməsinin Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı ölüm hökmünün çıxarması ilə bağlı xəbərləri təkzib edib. Toplum TV xəbər verir ki, bu barədə oktyabrın 3-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.  "İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib. https://toplum.tv/dunya/ptehran-azerbaycan-sefirliyinin-tezlikle-fealiyyete-baslayacagina-uumlmid-edirikp Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək", - məlumatda qeyd olunub. Qeyd edək ki, oktyabrın 2-də yerli mətbuat Azərbaycan Dövlət...

Seçilmiş Videolar

Toplum TV loqo