Rəsmi səhifə
"Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir".
Bu barədə avqustun 4-də Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat şəraiti bölmələrin tam nəzarəti altındadır.
https://toplum.tv/siyaset/xin-azerbaycan-ermenistan-terefinin-ohdeliklere-emel-etmesini-teleb-edir
Azərbaycan Ordusu avqustun 3-də Qarabağda “Qisas" əməliyyatı keçirib.
Əməliyyat terror-təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu - əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasının qisası kimi xarakterizə edilib.
Əməliyyat zamanı dronlardan da istifadə edilib.
Erməni tərəfi 3 hərbçisinin həlak olduğunu, çox sayda hərbçisinin isə yaralandığını bildirib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir