Müdafiə Nazirliyi
Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.
Bu barədə aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ermənistan tərəf aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Baş verən hadisəylə bağlı Ermənistan Müdafiə Nazirliyi hələlik rəsmi münasibət bildirməyib.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”