Siyasət

"Müdafiə Xətti" hesabat yayımladı: Daxili və beynəlxalq qanunvericilik kobud şəkildə pozulub

7 Avqust, 2021
1912

Rəsmi səhifə

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatı 2021-ci ilin İyul ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatı yayıb.

Hesabatı təqdim edirik:

"Bu dövr Azərbaycan Respublikasının daxili və beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə yadda qaldı. “Müdafiə Xətti” tərəfindən aparılan monitorinqdə son aylarda şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq, azadlıq, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi hüquqları, sərbəst toplaşmaq , söz və fikir, yaradıcılıq azadlıqları, cəzaçəkmə müəssisələrindəki sərt və bəzən həyat üçün təhlükəli şərait aşkar edilmişdir ki, hökumət bu problemlərin aradan qaldırılması üçün səy göstərməyib.

“Müdafiə Xətti” İnsan Haqları təşkilatı qeyd edir:

-Göstərilən dövrdə yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınanlar- 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əlizamin Salayevə (müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsinin üzvü) , 1 saylı cəzaçəkmə müəssisəsində saxlanan, jurnalist Polad Aslanova qarşı pis rəftar göstərilir. Hər iki siyasi məhbusun ailə üzvlərinin verdiyi məlumata görə cəzaçəkmə müəssiələrində yemək və maddi-məişət normaları təmin edilmir, baraklarda həddindən artıq sıxlıqdır, məhkumlar cəzaçəkmə müəssisəsinin əməkdaşlarının pis rəftarına məruz qalır. Polad Aslanov qeyd edilən neqativ hallara etiraz olaraq aclıq aksiyası keçirib. Əlizamin Salayev “Müdafiə Xətti”inin həmtəsisçilərindən olan Rüfət Səfərova telefon zəngi edərək qan-damar sistemindəki problemlərdən, həkimlərin yardım etməməsindən şikayət edib, əgər münasibət dəyişməyəcəksə, ölüm aclığına başlayacağını bildirib. Ümumiyyətlə, cəzaçəkmə müəssisələrində məhkumlara qarşı pis rəftar halları adi xarakter daşıyır və bu onu deməyə əsas verir ki, cəza sosial ədalətin bərpasına, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşımır.

-Azərbaycanda vətəndaşların sərbəst formada toplaşıb,özlərini ifadə etməsinə əngəllər vardır, pandemiya dövründə tam qadağan edilib.Avqust ayında heyvansevər aktivistlər “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə oturaq aksiya keçirib, sahibsiz itlərin öldürülməsinə etiraz etməyə cəhd göstəriblər, lakin daxili işlər orqanlarının əməkdaşları aksiyaçıları saxlayıb, inzibati qaydada cərimələyiblər. Polis feministlərin qadın qətllərinin çoxalmasına etiraz olaraq Daxili İşlər Nazirliyinin qarşısında dinc qaydada etiraz etməsinə əngəl olub, aksiyaçılar saxlanılıb, bir neçə saat sonra azadlığa buraxılıblar.Bir qrup məhkum ailəsi əsassız ittiham hökmünə etiraz olaraq toplaşıblar, polis zorakılıq tətbiq edib, xanım etirazçılardan birini saxlayıb, işgəncə veriblər, bir neçə saatdan sonra sərbəst buraxıblar.Saxlanılan etirazçı xanımın-Rzayeva Nəzakət Əkbər qızınınbədəninin müxtəlif nahiyələrində işgəncə izləri aşkar görünüb və bu hal “Müdafiə Xətti”nin həmtəsisçiləri Zaur Əkbər və Rüfət Səfərovun “Kanal-13” internet televiziyasında apardıqları “Müdafiə Xətti” adlı verilişdə geniş müzakirə edilib, Daxili İşlər Nazirliyinin rəhbərliyindən tələb edilib ki, polisin qanunazidd əməlləri barədə müvafiq tədbir görülsün.

- Sosial şəbəkələrdə paylaşımlara görə vətəndaşlar polis şöbələrinə çağırılır, tənqidi postların silinməsi tələb olunur,gələcəkdə hökumətin bu və ya digər siyasətini tənqid edən paylaşımlar olacağı təqdirdə qurama əsaslarla cinayət işinin qaldırılacağı barədə xəbərdarlıqlar edilir. Qeyd edilən müddətdə D18 Hərəkatının üzvü Cəlil Zabidovu feysbuk sosial şəbəkəsində tənqidi postlarına görə polis bir sutka saxlayıb, işgəncə verib. Bu barədə C.Zabidovun özü məlumat verib.Salyan şəhərində ictimai fəal Sərdar Qubadsoy iş adamı Cavanşir Ağalarovun qanunazidd davranışlarına etiraz etdiyi və ictimailəşdirdiyi üçün sonuncunun şikayəti əsasında Salyan Rayon Polis Şöbəsinə çağırılıb, bir neçə saatdan sonra sərbəst buraxılıb.

-Hökumət təkcə siyasi məzmunlu özünüifadetmələrə deyil, eyni zamanda, yaradıcılıq azadlığına da dözümsüzlük nümayiş etdirir.Polis “Qış parkı”nda və Heydər Əliyev sarayının qarşısında Azərbaycan Dağınıq Oda teatrının yaradıcısı Elmin Bədəlovunküçə tamaşası nümayiş etdirməsinə müdaxilə edib, aktyoru saxlayıb, bir neçə saatdan sonra sərbəst buraxıb. Baxmayaraq ki, Konstitusiyada dövlətin ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verilir.

-Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) bir sıra ölkələrdə müasir rəqəmsal izləmə texnologiyalarından vətəndaşların telefon və kompüterlərinə müdaxilə etməklə qanunsuz izləmələr həyata keçirmələri barədə faktlar açıqlayıb. Açıqlamalardan bəlli olub ki, Azərbaycan hökuməti terrorizmlə, mütəşəkkil cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks-kəşfiyyat məqsədilə İsrailin NSO GROUP şirkətindən aldığı Pegasus casus proqramı təminatı və avadanlıqları ilə çoxsaylı insanın, xüsusilə, ictimai fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin telefon və kompüter cihazlarına fasiləsiz müdaxilə edib, onların elektron poçt, WhatsApp, Telegram, Siqnal və s. mesajlaşma mübadilə sistemini, sosial şəbəkə fəaliyyətlərini nəzarətdə saxlayıb. Bu, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququnun pozulmasıdır. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması, eləcə də yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma yerli cinayət qanunvericiliyi ilə cinayət sayılsa da,prokurorluq orqanları hərəkətsizlik edir. Qeyd edilən fakt ilk deyil. Belə ki, əvvəlki dövrlərdə də müxalifət liderinin ailə üzvünün, müstəqil jurnalistlərin, ictimai-siyasi fəalların şəxsi həyat toxunulmazlığı pozulub. Zərərçəkmişlər bunun hökumətin xüsusi xidmət orqanları tərəfindən reallaşdırıldığını iddia ediblər. Hüquq mühafizə orqanları bu istiqamətdə verilmiş şikayətləri hərtərəfli və obyektiv araşdırmaqda maraqlı görünməyib.

- Mühacir fəallara qarşı repressiya tədbirləri davam etdirilir. Almaniyaya mühacir kimi gedib, sonradan vətəndaşlıq alan fəal Yeganə Əmiraslanovanın Azərbaycana gələrkən hava limanında saxlanılıb Bakı Şəhər Prokurorluğunda bir neçə saat dindirildikdən sonra sərbəst buraxılması,Tbilisidə azərbaycanlı bloger Hüseyn Bakıxanovunölü tapılması ciddi narahatçılıqlar doğurur. Bundan əvvəl də Avropada mühacirət həyatı yaşayan fəallara qarşı zorakılıq tətbiq edilib.Fransadakı mühacir bloger Məhəmməd Mirzəli qeyri-müəyyən şəxslər tərəfindən bıçaqlanmışdı. M. Mirzəli iddia etmişdi ki, bu,Azərbaycan hökumətinin sifarişi əsasında mümkün olub.

-Dindarlara qarşı hökumət dairələri dözümsüz münasibət sərgiləyir. Ölkədə onlarla vicdan məhbusu var. Onlar hakimiyyətin siyasətini tənqid etdiklərinə görə saxta ittihamlar əsasında azadlıqdan məhrum ediliblər. Dini mərasimlərin yerinə yetirilməsi bəzi hallarda sərbəst deyil. Qeyd edilən müddətdə Lənkəranda Qədir Xum bayramını (Qədiri-Xum şiələrin böyük bayramlarından biridir. Məhəmməd Peyğəmbərin Həzrəti Əlini canişin təyin etməsi ilə bağlıdır.) yaxın dostları ilə qeyd etmək istəyən İlqar Əzimzadənin evinə polislər basqın edib. İştirakçıların hamısı polis təzyiqi altında maşınlara mindirilərək baş idarəyə aparılıblar. Əli Rzayev və İlqar Əzimzadə 20 sutka, Əli Məmmədov ilə Şəhriyar Rzayev isə 18 sutka inzibati qaydada həbs ediliblər.

Bundan başqa, göstərilən müddətdə Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Hümbətov Razi Karlar oğlu yaşadığı Ceyrənbatan qəsəbəsində saxlanılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, gənc Ceyrənbatanın mərkəzində ikən ona yaxınlaşan mülki geyimli şəxslər heç bir səbəb göstərmədən Hümbətov Razinin qollarına qandal vuraraq onu gəldikləri maşına mindirib hadisə yerindən uzaqlaşıblar. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Azərbaycan hökumətinə təklif edir ki, insan hüquq və azadlıqlarına hörmət ruhunda siyasət yürütsün, söz və fikir, mətbuat və məlumat, vicdan, yaradıcılıq azadlıqlarına, şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq, azadlıq, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi hüquqlarına hörmətlə yanaşsın, hakimiyyətlər (qanunverici, məhkəmə, icra hakimiyyəti) arasındakı balansı bərpa etsin. Xüsusilə, məhkəmə hakimiyyətinin, hakim korpusun müstəqilliyini təmin etsin, cəzaçəkmə müəssisələrində cəzanın məqsədlərinə- sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə səy göstərsin".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo